Hacıbaba Əzimov: "Gördülər ki, burada kabab-zad yoxdur…"

SİYASƏT
14:45 20.01.2014
1629
Milli Şuranın 16 yanvar tarixli sessiyasında baş verən qalmaqalda adı hallanan Vahid Azərbaycan Milli Birlik Partiyasının (VAMP) sədri Hacıbaba Əzimov “El” Hərəkatının Ali Məclis sədri Eldəniz Quliyevin və qurumun digər üzvü Mehdibəy Səfərovun onu ittiham etmələrinə sərt reaksiya verib. 
AZXEBER.COM xəbər verir ki, o deyib ki, hazırda da Milli Şurada təsadüfi adamlar var və Milli Şurada təmizlənmə əməliyyatı keçirilməlidir. “Bunlar sadəcə kabab iyinə gəlmişdilər, görürlər ki, burada kabab-zad yoxdur”-deyə qeyd edən VAMP sədri onu da bildirib ki,  belə adamların getməsinin heç də ziyanı yoxdur, əksinə, Milli Şura təmizlənir: “Milli Şurada elə adamlar var ki, onları kimsə tanımır. Bunların olmasının nə xeyri var? Bunlar eyforiyaya qapıldılar ki, say çox olsun və hər kəs öz adamını daha çox yerləşdirmək istədi. Bu, bizim bəzi siyasətçilərdə çox pis xasiyyətdir. Bununla da Milli Şuraya çox böyük ziyan vurdular.”

OXŞAR XƏBƏRLƏR