Hacıbaba Hüseynovun 100 illik yubileyi qeyd ediləcək - SƏRƏNCAM

MƏDƏNİYYƏT
16:52 22.02.2019
4856
Prezident İlham Əliyev Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 

AZXEBER.COM-un verdiyi xəbərə görə, sərəncam Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində təqdirəlayiq xidmətləri olan ustad sənətkar Hacıbaba Hüseynovun anadan olmasının 100-cü ildönümünün qeyd olunmasını təmin etmək məqsədi daşıyır. 

Qeyd edək ki, 2019-cu ilin mart ayında Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, respublikanın Xalq artisti Hacıbaba Hüseynəli oğlu Hüseynovun anadan olmasının 100 illiyi tamam olur.

OXŞAR XƏBƏRLƏR