Hacıbala Abutalıbov müxalifətə "yox" dedi

Hacıbala Abutalıbov müxalifətə "yox" dedi
Bütün Xəbərlər
17:15 15.05.2014
950

Bakı Şəhər İcra Hakimiyyəti müxalif gənclərin mayın 18-i paytaxtda mitinq keçirmək müraciətinə rədd cavabı verib.

AZXEBER.COM mediaforum.az-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti Müsavat, Xalq Cəbhəsi (AXCP), Vətəndaş Həmrəyliyi (VHP) partiyalarının, o cümlədən NİDA, “Azad Gənclik” və “ReAl” hərəkatlarının mayın 18-i saat 16-00-da Yasamal rayonu ərazisindəki “Məhsul” stadionunda mitinq keçirməklə bağlı müraciətini təmin etməyib.

Bakı Şəhər İcra Hakimiyyətindən təşkilatçılara göndərilmiş cavab məktubunda qeyd olunur ki, müraciəti imzalayanların hansı siyasi partiyanı, ictimai təşkilatı və birliyi təmsil etdiyi bilinmir, bu isə ictimai asayişin qorunmasında problem yarada bilər.

OXŞAR XƏBƏRLƏR