Hacıbala Abutalıbov prezidentin çıxışından sonra tədbir görməyə başladı

Hacıbala Abutalıbov prezidentin çıxışından sonra tədbir görməyə başladı
Bütün Xəbərlər
12:21 17.04.2014
695

Bakıda səkilərdə, yolun hərəkət hissəsində, parklara və metrolara giriş hissələrdə qanunsuz parklanmaların qarşısının alınması üçün tədbirlər görüləcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Bununla bağlı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov "Bakıda avtodayanacaqların təşkili haqqında" müvafiq sərəncam imzalayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev ötən gün Nazirlər Kabinetində keçirilən müşavirədə nəqliyyat sektorundakı problemlərdən danışmışdı.

Prezident qanunsuz parklanma ilə bağlı da öz fikirlərini bildirmişdi:

“Əlbəttə ki, inkişaf etmiş ölkələrdə heç bir şəhərdə küçələrdə əlində çubuq parkinqlə məşğul olan tənzimləyiciləri görmək mümkün deyil. Bu, bizə yaraşmır, yaraşmaz. Özü də heç kim bilmir ki, onlar harada işləyirlər, yığdıqları pulları hara verirlər, kimə ötürürlər. Mən başa düşürəm ki, indi yerüstü parkinq olmadığı üçün bunların sürücülərə köməyi dəyir. Bunu başa düşürəm. Ona görə hesab edirəm ki, biz təmkinli olmalıyıq. Amma normal, şəffaf park avtomatları quraşdırılandan sonra əlbəttə ki, əlində çubuq olan vətəndaşları biz gərək digər işlərlə təmin edək”.

OXŞAR XƏBƏRLƏR