Hacıbala Abutalıbovdan - XƏBƏRDARLIQ -FOTO

Hacıbala Abutalıbovdan -  XƏBƏRDARLIQ -FOTO
Bütün Xəbərlər
17:18 28.04.2014
1498
"Heç bir hüquqi əsası olmadan qeyri-qanuni yaradılmış duracaqlar ləğv ediləcək"
Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi sürücülərə xəbərdarlıq edib. ANS PRESS-in məlumatına görə, xəbərdarlıqda deyilir:
"Hörmətli sürücü, nəzərinizə çatdırırıq ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 16 aprel 2014 cü il tarixli, 179 saylı Bakı şəhərində avtodayanacaqların təşkili haqqında müvafiq sərəncamına uyğun olaraq, şəhərin küçə və prospektlərində, park və xiyabanları, metro çıxışlarının ətrafında, səkilərdə fiziki şəxslər, həmçinin heç bir hüquqi əsası olmadan dövlət sturukturları, idarə, təşkilat, müəssisəs və ticarət obyektlərinin sahibləri tərəfindən qeyri-qanuni yaradılmış duracaqlar ləğv ediləcək.
Qeyd olunanları nəzərə alaraq Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsi sizdən nəqliyyat vasitələrinizi müvafiq icazəsi olan və avtonəqliyyat vasitələrinin dayanacaqları üçün müəyyən edilmiş yerlərdə saxlamağınızı xahiş edir.
Əks təqdirdə sizə "Yol hərəkəti haqqında" AR qanunun 158-1 maddəsinin (dayanma,durma və parklanma qaydalarının pozulması) tələblərini pozduğunuz üçün inzibati xəta protokolu tərtib ediləcək, avtomobiliniz cərimə meydançasına aparılacaq.
OXŞAR XƏBƏRLƏR