Hacıbəy Heydərli: “Azərbaycan internet azadlığına görə ən nümunəvi ölkələrdəndir”

Hacıbəy Heydərli: “Azərbaycan internet azadlığına görə ən nümunəvi ölkələrdəndir”
MEDİA
11:00 08.11.2013
1136

Azərbaycanda internet tam azaddır və hər kəs istər sosial şəbəkələrdə, istərsə də internet saytlarda, bloqlarında istədiyi fikri yayımlaya, öz baxışlarını paylaşa bilir.

Bu sözləri Publika.Az-a açıqlamasında Azxeber.com saytının baş redaktoru, gənc fəalHacıbəy Heydərlisöyləyib.Onun sözlərinə görə, Azərbaycanda söz azadlığının olmadığına dair iddialar ölkəmizə qarşı təzyiq məqsədi güdür:“Hətta deyərdim ki, bu gün Azərbaycan postsovet məkanında internet azadlığına görə ən nümunəvi ölkədir. Bu gün Türkmənistanda nəinki sosial şəbəkələrdə hesab açmaq və ya internet sayt yaratmaq, ümumiyyətlə, internetə girmək mümkün deyil.Digər Orta Asiya ölkələrində də oxşar vəziyyət hökm sürür. Rusiyada bir çox saytların, o cümlədən “YouTube” video-paylaşım saytının fəaliyyətinə qadağa qoyulması məsələsi gündəmə gəlib. Bizdə isə internetdə istənilən tənqidə və hətta təhqirə belə rast gəlmək mümkündür.Ənənəvi müxalifət düşərgəsində təmsil olunan qüvvələr sosial şəbəkələrdə dövlət məmurlarının haqqında olmazın iftiralar yazıb, ümumilikdə hakimiyyəti aşağılamağa çalışsalar da, onlara “gözün üstə qaşın var” deyən yoxdur. Budurmu internet azadlığının pozulması?!Hesab edirəm ki, Azərbaycanda söz azadlığının pozulması və internetə qoyulan qadağalarla bağlı hesabatlar qərəzlidir və ölkəmizin uğurlu inkişaf kursuna kölgə salmaq mahiyyəti daşıyır”.Baş redaktor qeyd edib ki, ölkəmizdə bəzi hallarda internet azadlığından sui-istifadə hallarına yol verilir:“Çox təəsüf ki, bəzi şəxslər çox vaxt tənqidlə təhqiri ayırd edə bilmir və xüsusən, sosial şəbəkələrdə insanların şəxsiyyət və ləyaqətini alçadırlar. Bu adamlar məhz ölkədə mövcud olan internet azadlığından sui-istifadə edərək öz əxlaq və tərbiyələrini cəmiyyətə nümayiş etdirirlər.Azərbaycanda nəinki internet azadlığı pozulmur, hətta bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsinə ehtiyac var. Harada olmasından asılı olmayaraq hər kəs söylədiyi fikirlərin məsuliyyətini daşımalı və qanun qarşısında törətdiyi əməllərə görə, səsləndirdiyi təhqirlərə görə qanun qarşısında cavab verməyə hazır olmalıdır”.

OXŞAR XƏBƏRLƏR