Hacıbəy Heydərli: “Azərbaycan mediası WUF13 sınağından üzüağ çıxdı” - VİDEO

Hacıbəy Heydərli: “Azərbaycan mediası WUF13 sınağından üzüağ çıxdı” - VİDEO
SOSİAL
13:44 22.05.2026
298
"Azərbaycan mediasının beynəlxalq tədbirlərin işıqlandırılması sahəsində zəngin təcrübəsi var”

Bu sözləri Naxçıvan telelviziyasına açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib.

O qeyd edib ki, Azərbaycan mediası COP29 və WUF13 zamanı özünü uğurla doğrultmağı bacardı:

"Azərbaycan mediası COP29 və WUF13 zamanı özünü uğurla doğrultmağı bacardı. Həm Azərbaycan, həm də dünya ictimaiyyətinin operativ və dəqiq məlumatlandırılmasında medianın müstəsna rolu oldu.
WUF13 çərçivəsində media nümayəndələri səhərdən axşamadək fasiləsiz şəkildə çalışaraq, canlı yayımlar vasitəsilə ən son xəbərləri ictimaiyyətə çatdırırlar”.

O bildirib ki, Azərbaycan beynəlxalq tədbirlərin təşkili baxımından nümunəvi ölkələrdən biri hesab olunur:

"Xarici media nümayəndələri də WUF13-də yaxından iştirak edir. Xarici mətbuatda, xüsusilə qardaş Türkiyə mediasında WUF13-lə bağlı geniş məlumatlar yer alır. Artıq Azərbaycan beynəlxalq tədbirlərin təşkili baxımından nümunəvi ölkələrdən biri hesab olunur. Dünyanın bir çox ölkələri Azərbaycanın təşkilatçılıq təcrübəsindən faydalanır. Azərbaycan mediası, qeyri-hökumət təşkilatları və digər qurumlar ölkəmizin müsbət imicinin yüksək səviyyədə tanıdılmasına nail olublar”.

Həmin müsahibəni təqdim edirik: 

Şahanə Ziyad
 

OXŞAR XƏBƏRLƏR