Hacıbəy Heydərli: “MEDİA-nın sayəsində Azərbaycan mətbuatı yeni mərhələyə qədəm qoyub”

Hacıbəy Heydərli: “MEDİA-nın sayəsində Azərbaycan mətbuatı yeni mərhələyə qədəm qoyub”
MEDIA
16:00 12.01.2026
598
"Medianın İnkişafı Agentliyi fəaliyyətə başladığı ilk gündən etibarən media mühitinin sağlamlaşdırılması, şəffaflığın artırılması və peşəkarlığın gücləndirilməsi istiqamətində ardıcıl iş aparıb”.

Bu sözləri Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azxeber.com informasiya portalının baş redaktoru Hacıbəy Heydərli Operativ Media-ya açıqlamasında deyib. 

O qeyd edib ki, Medianın İnkişafı Agentliyi beş il ərzində çox mühüm və sistemli addımlar atıb:

"Bu proseslərin nəticəsi olaraq bu gün artıq əminliklə demək olar ki, Azərbaycan mediası yeni mərhələyə qədəm qoyub. Beş ilin sonunda "Azərbaycanda kim jurnalistdir?” sualına da aydın cavab formalaşıb. Artıq hər kəs özünü jurnalist və ya media subyekti adlandıra bilməz. Bu, media sahəsində aparılan islahatların bariz nəticəsi və göstəricisidir”.

Hacıbəy Heydərli MEDİA-nım 5 il ərzində gördüyü işlər haqda danışarkən deyib: 

"Eyni zamanda, "Media haqqında” Qanunun qəbul edilməsi, media reyestrinin yaradılması, media subyektlərinə maliyyə dəstəyinin göstərilməsi və jurnalistlər üçün mütəmadi təlimlərin keçirilməsi Azərbaycan mediasını keyfiyyət baxımından tamamilə yeni mərhələyə çıxarıb. Bu addımlar medianın simasını dəyişib, onun inkişafını sürətləndirib.

Hesab edirəm ki, medianın inkişafı istiqamətində görülən işlər həqiqətən inqilabi xarakter daşıyır və proses bu gün də davam edir. Media subyektlərinə maliyyə dəstəyi, jurnalistlərin peşəkar inkişafı və aktual mövzular üzrə yerli və xarici təlimçilərin dəvət olunması göstərir ki, medianın əsas missiyası – Azərbaycan mediasının inkişafı, beynəlxalq media məkanına inteqrasiyası, Azərbaycan reallıqlarının dünyaya çatdırılması və cəmiyyətə düzgün, obyektiv, operativ məlumatların verilməsi – artıq uğurla icra olunur”.

O media savadlılığının önəmi haqda deyib: 

"Bu gün dünyada informasiya mühiti sürətlə dəyişir, dezinformasiya və saxta xəbərlər getdikcə daha böyük təhlükəyə çevrilir. Belə bir şəraitdə media savadlılığının artırılması xüsusi əhəmiyyət kəsb edir. Media savadlılığı həftəsinin keçirilməsi də məhz bu baxımdan olduqca vacib və vaxtında atılmış addımdır.

Media savadlılığı Azərbaycan cəmiyyətinə düzgün informasiyanın çatdırılması və yanlış məlumatların təsirindən qorunmaq baxımından ən mühüm istiqamətlərdən biridir. Medianın İnkişafı Agentliyinin bu sahədə həyata keçirdiyi təşəbbüslər qısa müddətdə bütün ölkə üzrə geniş yayıldı və cəmiyyət artıq bu prosesin fəal iştirakçısına çevrildi.

Düşünürəm ki, bu, beş il ərzində media sahəsində əldə olunan ən böyük uğurlardan biridir. Artıq Azərbaycan oxucusu saxta xəbərlə real informasiyanı ayırd edə, dezinformasiyanı tanıya bilir. Bu, media sahəsində aparılan islahatların cəmiyyətə verdiyi ən mühüm töhfələrdən biridir.

Hesab edirəm ki, bu proses davamlı olmalı və Azərbaycan cəmiyyəti media savadlılığı baxımından tam formalaşmış mərhələyə çatmalıdır”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan XİN: Hər üç ölkə Məkkə sazişinə sadiqdir
22:33 05.10.2026
Pakistan XİN: Hər üç ölkə Məkkə sazişinə sadiqdir
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
22:27 05.10.2026
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
22:19 05.10.2026
"Euronews": "Formula 1" Bakının turizm təqviminin əsas hadisələrindən biri olub
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
22:12 05.10.2026
Nigeriyada göyərtəsində onlarla insanın olduğu gəmi batıb
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
22:07 05.10.2026
Ermənistan və Türkiyə Gümrü-Qars elektrik ötürücü xəttinin işinin bərpasını müzakirə edib
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
22:00 05.10.2026
Merz: Yaxın Şərqdə münaqişənin həllindən danışmaq hələ tezdir
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
21:54 05.10.2026
Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb
Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO
21:51 05.10.2026
Ucarda şagirdin məktəbdən kənarlaşdırılması narazılıq yaradıb - VİDEO
Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir
21:47 05.10.2026
Tovuzda 29 yaşlı gənc bıçaqlanıb, ona xəsarət yetirməkdə atası şübhəli bilinir
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - VİDEO
21:41 05.10.2026
Arvadını bıçaqlayıb könüllü polisə təslim oldu - VİDEO
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
21:37 05.10.2026
Pezeşkian: ABŞ ilə danışıqlar aparmaq mənasızdır
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
21:24 05.10.2026
Türkiyə-Azərbaycan Universitetinin rektoru Hacettepe Universitetində görüşlər keçirib
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
21:10 05.10.2026
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
21:02 05.10.2026
İlham Əliyev Əhməd Yusifovu qələbə münasibətilə təbrik edib
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
20:56 05.10.2026
İtaliya XİN Azərbaycan-Ermənistan sülh prosesini dəstəkləyir
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb
20:50 05.10.2026
Vyanada Orta Dəhlizin əhəmiyyətinə dair fikir mübadiləsi aparılıb