Hacıqabul sakini bıçaqlanıb

Hacıqabul sakini bıçaqlanıb
HADİSƏ
08:53 29.04.2025
158
Hacıqabulda bıçaqlanma hadisəsi qeydə alınıb.

Hadisə Hacıqabul rayonunun Qızılburun kəndində baş verib.

Belə ki, kənd sakini, 1992-ci il təvəllüdlü Hacıyev Bəxtiyar Hacıbala oğlu qarın boşluğunun kəsilmiş deşilmiş yarası ilə Şirvan xəstəxanasına yerləşdirilib və əməliyyata götürülüb.

Onun kim tərəfindən bıçaqlandığı məlum deyil.

Faktla bağlı araşdırma aparılır.
 
//APA
OXŞAR XƏBƏRLƏR