Hacıqabul sakini sirkə turşusundan zəhərlənərək ölüb

Hacıqabul sakini sirkə turşusundan zəhərlənərək ölüb
Bütün Xəbərlər
14:00 25.11.2013
546

Hacıqabul rayon sakini B.Hüseynov sirkə turşusundan zəhərlənməsi nəticəsində ölüb.

AZXEBER.COM Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, noyabrın 24-də Hacıqabul rayonunda yaşayan Barat Hüseynov halsız vəziyyətdə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və orada ölüb. Məlum olub ki, Barat Hüseynov sirkə turşusundan zəhərlənərək ölüb.

Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR