Hacıqabulda qəza: Ana və qızları xəsarət aldılar

SOSİAL
11:30 27.08.2023
875
Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistralının Atbulaq kəndi ərazisində qeydə alınıb.

Qadın sürücünün idarə etdiyi "Mercedes-Benz” markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü həmçinin onun 11 və 13 yaşlı qız övladları müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR