Hacıqabulda baş verən qəzada bir nəfər ölüb
AZXEBER.COM-un APA-nın Mil-Muğan bürosuna istinadən xəbərinə görə, hadisə Bakı-Qazax magistralının 108-ci kilometrliyində Hacıqabul rayonunun Pirsaat kəndi ərazsində qeydə alınıb.
"Kamaz" markalı yük maşını ilə BYD markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü yüngül xəsarət alsa da, avtomobildə olan sərnişin - sürücünün həyat yoldaşı, Beyləqan rayon sakini 1979-cu il təvəllüdlü İbadova Svetlana Ocaqverdi qızı həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.











































