Hacıqabulda silah-sursat aşkarlanıb. AZXEBER.COM-un Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Hacıqabul RPŞ əməkdaşları tərəfindən rayon ərazisindən 3 ədəd qumbara, 4 ədəd fişəng, 5 ədəd avtomat patronu, 3 ədəd alışdırıcı və 1 ədəd patron darağı tapılıb. Faktla bağlı araşdırma aparılır.