Hacıqabuldakı ər-ərvad intiharı: “Əfsanə ilə Sahib bir-birlərini elə sevirdilər ki...”

Hacıqabuldakı ər-ərvad intiharı: “Əfsanə ilə Sahib bir-birlərini elə sevirdilər ki...”
SOSİAL
14:12 17.02.2019
12810
Fevralın 15-də Hacıqabulda yaşanan dəhşətli hadisə - ərlə arvadın intihar etməsi ölkədə ciddi rezonans doğurub.

Rayonun Kolanı kənd sakinləri 1982-ci il təvəllüdlü Sahib Rəsulov yaşadığı evin həyətində özünü ağacdan asaraq öldürüb. Hadisədən bir neçə saat sonra onun həyat yoldaşı, 1984-ci il təvəllüdlü Əfsanə Mayılova da eyni üsulla intihar edib.

Sosial şəbəkələrdə xeyli vaxtdır ailə quran cütlüyün uşaq sahibi ola bilmədikləri vurğulanıb. Qeyd olunur ki, bu səbəbdən ər-arvad yaxınlarının təzyiqi ilə ayrılıblar, daha sonra isə bu faciə baş verib.

Məlumata görə, cütlük 15 il birgə yaşayıb, uşaqları olmadığı üçün bu il fevralın 14-də ayrılmaq qərarı veriblər. Bir gün sonra isə inttihar ediblər.
AZXEBER.COM xəbər verir ki, Modern.az saytı hadisənin təfərrüatı barədə əlavə məlumat əldə etmək üçün intihar edən Əfsanə Mayılovanın əmisi Niyazəli Mayılovla əlaqə saxlayıb.
O saytımıza açıqlamasında bildirib ki, intiharın səbəbi təkcə övladsızlıq olmayıb:
"Əfsanə ata-anasını erkən yaşlarında itirib.  Ata-anası dünyasını dəyişəndən sonra Əfsanəni mən böyütmüşəm. Əfsanə ilə Sahib bir-birlərini o dərəcədə sevirdilər ki, sözlə ifadə edə bilmirəm. Bu da sonu. Onların sevgisinə Romeo- Cülyetta, Leyli-Məcnun adı vermək olardı. 15 il olardı ki, ailəli idilər. Heç vaxt kimsə onların ailəsinə təzyiq göstərə bilməyib. Sahib ailəsinə kimlərinsə müdaxilə etməsinə imkan verməyib. Maddi durumları yaxşı deyildi, bu da intiharın səbəblərindən biridir”. 
Niyazəli Mayılov xatırladıb ki, ər-arvad hər ikisi eyni gündə intihar edib:
"Sahib atası evində özünü asıb. Həmin gün Əfsanəyə deyib ki, get əmingilə, bir az başın dincəlsin, ürəyin açılsın. Elə Əfsanə bizdə olanda xəbər gəldi ki, Sahib özünü asıb. İnanmadıq. Qəribəsi o idi ki, bütün qohumlar ora toplaşıb ağlayanda Əfsanə ağlamırdı. Eləcə dayanıb baxırdı. Əfsanənin atası evi də ora yaxındır. Qadınlar deyib ki, "gedək yas məclisi üçün bir-iki şey-şüy gətirək”. Əfsanə də deyib ki, "siz gedin, evi yığışdırıb gəlirəm”. Əfsanəni gözləsək də gəlib çıxmadı. Atası evinə qayıdanda gördük ki, o da özünü orda asıb. Danışa bilmirəm. O qədər bir-birinə yaraşırdılar ki!  Özlərinin evi ayrı idi. Bir tərəfdən övladın olmaması, digər tərəfdən də maddi sıxıntının olması onları canından bezdirmişdi. Bir neçə dəfə müalicə almışdılar. Ancaq maddi imkansızlıq müalicəni davam etdirməyə mane olurdu. Təkcə övladın olmaması deyil, maddi çətinlik də onların başına belə oyun açdı”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
03:33 11.10.2026
KİV: Tramp administrasiyası Rusiyaya böyük güzəştlər etməyə hazırdır
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
03:16 11.10.2026
Tayvan Prezidenti Çinlə münasibətlər barədə bəyanat verib
Ölən qızı 11 ay əvvəl boşanıbmış
03:00 11.10.2026
Ölən qızı 11 ay əvvəl boşanıbmış
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
02:46 11.10.2026
ABŞ Kiyevi kəşfiyyat məlumatlarını kəsməklə hədələdi
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
02:30 11.10.2026
Hindistanda "Tarakanlar Partiyası" etiraz keçirdi: Beş mindən çox saxlanan var
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
02:18 11.10.2026
Qızıl 2027-ci ildə neçəyə olacaq? – PROQNOZ
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
02:06 11.10.2026
Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
01:50 11.10.2026
Pakistan-Əfqanıstan sərhədində toqquşma oldu
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:36 11.10.2026
İranın cənub-şərqində partlayış oldu - Yüksək rütbəli polis zabiti öldü
01:25 11.10.2026
''Uşaqların geyimini zərərli mübahisəyə çevirmək cəhdləri var'' - Bahar Muradova
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
01:15 11.10.2026
“Məktəbli qızların hicab taxmasını tələb edən valideynlərin narazılığını başa düşə bilmirəm” - Sabir Rüstəmxanlı
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
01:13 11.10.2026
Əvvəl oğulu, sonra ananı öldürdülər - Qohumların YOL DAVASI
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
01:03 11.10.2026
Zelenski Trampın sərt bəyanatlarından dərhal sonra Britaniyanın baş naziri ilə danışıb
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
00:50 11.10.2026
Pentaqon: İranla əməliyyatlar zamanı 21 ABŞ hərbçisi ölüb, 865-i yaralanıb
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
00:40 11.10.2026
Uitkoff və Kuşner yaxın günlərdə Moskvaya səfər edəcəklər
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı
00:30 11.10.2026
İran hücum təhlükəsinə görə sərhəddəki vəziyyəti açıqladı