Hacıyev–Qriqoryan görüşü: “Ermənistan hansı şərtləri qəbul edəcək?”

Hacıyev–Qriqoryan görüşü: “Ermənistan hansı şərtləri qəbul edəcək?”
SİYASƏT
14:43 04.12.2025
98
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan dekabrın 5-də Doha Forumu çərçivəsində Dohada görüşəcək. 

Bu barədə Ermənistanın Təhlükəsizlik Şurası əlumat yayıb.

Politoloq Cümşüd Nuriyev AZXEBER.COM-a açıqlamasında deyib ki, görüşün əsas məqsədi iki ölkə arasında bağlanacaq müqavilənin tezləşdirilməsidir:

"Sözügedən görüşün əsas məqsədi iki ölkə arasında bağlanacaq müqavilənin tezləşdirilməsidir. Sülh nə qədər tez əldə olunsa, bir o qədər yaxşıdır. Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyətləri qarşılıqlı şəkildə işləyirlər. Onlar sərhədlərin delimitasiya və demarkasiya prosesi ilə bağlı müzakirələr aparırlar”.

Ekspert deyib ki, hər şeydən öndə sülh müqaviləsinin imzalanması dayanır:

"Masaya qoyulacaq əsas məsələ Azərbaycanın irəli sürdüyü şərtlərdən Ermənistanın hansıları qəbul edib-etmədiyi olacaq. Eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı müzakirələr də istisna edilmir. Gələcək mərhələdə iqtisadi münasibətlərin qurulması, səfirliklərin açılması, quru və hava yollarının fəaliyyətə başlaması kimi məsələlərin gündəmə gətiriləcəyi gözlənilir”.

Politoloq bildirib ki, Rusiya–Ermənistan münasibətləri də müzakirə mövzusu ola bilər:

"Rusiya–Ermənistan münasibətləri də müzakirə mövzusu ola bilər. Hazırda iki ölkə arasında gərginlik mövcuddur. Həmçinin Türkiyə–Ermənistan sərhədlərinin açılması məsələsi də gündəm ola bilər. Bundan əlavə, Pakistanın Ermənistanda səfirlik açması ehtimalı da müzakirələrdə yer ala bilər. Azərbaycanın razılığı olmadan Pakistan səfirlik açmaq istəməz. Ermənistan isə Azərbaycanı dəstəkləyən dövlətlərlə rəsmi Bakı vasitəsilə münasibətlərini möhkəmləndirməyə çalışacaq”.

Şahanə Ziyad

OXŞAR XƏBƏRLƏR