Hadruta ilk girən komandir Ziya Kazımovun səhhətində ciddi problem yarandı

Hadruta ilk girən komandir Ziya Kazımovun səhhətində ciddi problem yarandı
SOSİAL
14:09 06.05.2021
768
Vətən Müharibəsi iştirakçısı, mayor Ziya Kazımovun səhhətində ciddi problem yaranıb.

Bu barədə Unikal.org-a onun həyat yoldaşı məlumat verib. Xanım bildirib ki, Z.Kazımovun səhhətində yaranmış problemlərə görə psixiatr müalicəsinə başlanılıb. Onun sözlərinə görə, zabitimizin səhhətində yaranan problem getdikcə mənfi nəticələrə gətirib çıxarıb:

"Son günlər Ziyanın psixoloji durumu, davranışları bizi narahat etməyə başlayıb. Bəzən həyatını təhlükə altına ata biləcəyini belə düşünürük. Müharibə dövründə aldığı kantuziya, bundan əlavə, adının haqsız yerə hansısa işlərdə hallanması vəziyyəti daha da kritikləşdirib. Hazırda ciddi müalicə və nəzarət altındadır. Ancaq daha müfəssəl müalicə üçün Türkiyəyə getməsinə icazə verilməsini istərdik. Bununla bağlı Cənab Prezidentimiz İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban Əliyevadan dəstək istəyirik. Ümüd edirik ki, bundan əvvəlki müraciətlərimizə müsbət cavab verildiyi kimi, Ziya Kazımovun həyatının təhlükə altında olduğunu nəzərə alaraq, onun Türkiyədə müalicə olunması üçün müvafiq göstəriş veriləcək”.

Xatırladaq ki, qazi Ziya Kazımov bir müddət əvvəl məsuliyyətə cəlb edilərək həbs edilmişdi, daha sonra isə ev dustaqlığına buraxıldı.

Z.Kazımovun ev dustaqlığına buraxılması üçün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət olunmuşdu.

Qeyd edək ki, Vətən Müharibəsi iştirakçısı Ziya Kazımov Cəbrayıl-Füzuli, Cəbrayıl-Hadrut, Hadrut-Füzuli yolunun tam təhlükəsizliyini, o cümlədən, Xüsusi Təyinatlı Qüvvələrin təminat yollarının mühafizəsini təmin edib. Hadruta ilk girən komandirlərdən biridir. Ziya Kazımovun tabeliyində olan hərbi hissə Şuşa ətrafındakı yüksəkliklər uğrunda qəhrəmancasına döyüşüb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
10:03 18.06.2026
“Qızım mənə “bloqerlər vəkillərdən çox pul qazanır” deyirdi…”
Acunundan ayrılan xanımı yenidən ərə gedir
10:03 18.06.2026
Acunundan ayrılan xanımı yenidən ərə gedir
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
09:58 18.06.2026
İlham Əliyev: Müharibəni başlayacağımız təqdirdə bizi sanksiya ilə hədələyirdilər
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
09:56 18.06.2026
ABŞ və İran anlaşdılar: İmzalanan sənədin TAM MƏTNİ
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
09:48 18.06.2026
Azərbaycan vasitəsilə daşınan yüklərin həcmini iki dəfə artırmaq istəyirik - Prezident
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
09:47 18.06.2026
İlham Əliyev: Azərbaycanda qeyri-neft-qaz sektorunun ÜDM-də payı 70 %-dən artıqdır
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
09:44 18.06.2026
Dövlət başçısı: İşğaldan əziyyət çəkmiş Azərbaycan Ermənistana sülhü təklif edən tərəf olub
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
09:43 18.06.2026
Azərbaycanda iqtisadi inkişafla bağlı hər hansı bir çətinlik gözlənilmir - İlham Əliyev
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
09:42 18.06.2026
Prezident: Azərbaycanda işsizlik aşağı həddə saxlanılır
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
09:39 18.06.2026
“Ölkə tarixində ilk dəfə 3 universitetimiz TOP 800-ə daxil olub”
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
09:36 18.06.2026
Dünya ölkələrinin əksəriyyətinin dəstəyi Azərbaycanın nailiyyətlərinə əsaslanır - Prezident
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
09:34 18.06.2026
İlham Əliyev: Azərbaycan enerji resurslarına ehtiyacı olan ölkələrə dəstək göstərib
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
09:31 18.06.2026
"Azərbaycanı açıq dənizə çıxışı olmayan ölkədən beynəlxalq daşımalar qovşağına çevirməyə çalışırıq"
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
09:29 18.06.2026
Prezident: Siyasi, iqtisadi, sosial sabitlik Azərbaycanın bugünkü reallığıdır
Neft Emalı Zavodunda yanğın başlayıb
09:27 18.06.2026
Neft Emalı Zavodunda yanğın başlayıb
"Azərbaycanın sabit, uğurlu inkişafı var" - Prezident
09:17 18.06.2026
"Azərbaycanın sabit, uğurlu inkişafı var" - Prezident