Hadrutda “Azərişıq” ASC yanında İctimai Şuranın iclası keçirilib

Hadrutda “Azərişıq” ASC yanında İctimai Şuranın iclası keçirilib
SOSİAL
20:22 21.10.2025
212
"Hadrut” qovşaq yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində "Azərişıq” ASC yanında İctimai Şuranın iclası keçirilib. İclasın əsas müzakirə mövzusu "Azərişıq” ASC-nin yarandığı gündən etibarən 10 il ərzində Cənab Prezident İlham Əliyevin tapşırıqları əsasındakı fəaliyyəti, xüsusən 5 il ərzində Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri olub. 

Qeyd edilib ki, qurumun əsas prioriteti ölkənin bütün regionlarında, o cümlədən ən ucqar dağ kəndlərində belə vətəndaşları dayanıqlı, fasiləsiz elektrik enerjisi ilə təmin etməkdir. Bu məqsədlə tərtib edilmiş layihələrə əsasən növbəli şəkildə bütün kənd və qəsəbələrdə köhnəlmiş, yararsız elektrik təsərrüfatı yenidən qurulur. Yeni güc mərkəzləri yaradılır, ən müasir standartlara cavab verən transformator məntəqələri qurulur, yeni dayaqlar basdırılır, Özünüdaşıyan İzolyasiyalı Naqillərdən (ÖİN) istifadə edilərək yeraltı və yerüstü xətlər çəkilir. Smart sayğaclar quraşdırılır. Həmçinin son dövrlərdə tətbiq edilən SCADA sistemi yaşayış məntəqələrində gərginliyə nəzarət, yarana biləcək qəzaların ən qısa zamanda aradan qaldırılması baxımından önəmli yenilikdir.

İclasda Qarabağ və Şərqi Zəngəzurda aparılan təmir-bərpa və yenidənqurma işlərindən bəhs edilərkən vurğulanıb ki, 44 günlük Vətən müharibəsi dövründə "Azərişıq” ASC-nin əməkdaşları ordumuzun ardınca irəliləyərək əsas obyektləri işıqla təmin edib. Qarlı-şaxtalı hava şəraitinə baxmayaraq Kəlbəcər, Laçın, Şuşa kimi çətin relyefə malik ərazilərdə üzərinə düşən öhdəlikləri yerinə yetirib. 5 il ərzində bütün rayonlarda böyük güc mərkəzləri yaradılıb, Ağıllı kənd və Ağıllı şəhər layihələrinə uyğun elektrik təsərrüfatı qurulub. Xüsusən ekoloji cəhətdən daha səmərəli olan EDM-lər (Enerji Doldurma Məntəqələri) quraşdırılıb. Doğma torpaqlara qayıtmış sakinlər yüksək səviyyədə elektrik enerjisi ilə təmin edilib. Görülən işlərlə yanaşı bir çox xarici ölkələrdən gələn qonaqlarla birgə Qarabağa səfərlər təşkil olunub. Tətbiq edilən innovativ yeniliklər qonaqlara təqdim edilib. Həmçinin Qarabağda sakinlərlə mütəmadi maarifləndirici görüşlər keçirilib. Ümumilli Lider Heydər Əliyevin 100-cü ildönümünə həsr edilmiş Türkdilli Dövlətlərin gənc energetikləri arasında "Peşə Ustalığı Yarışları” və bu qəbildən olan müsabiqələr Qarabağda təşkil olunub.   

İclasın sonunda bildirilib ki, Səhmdar Cəmiyyətlə ictimaiyyət arasında əlaqələrin daha da möhkəmləndirilməsi, xidmətlərin əlçatanlığının artırılması məqsədilə gələcəkdə də belə tədbirlər davam edəcək.

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib
21:58 27.10.2026
Ərdoğan Makronu COP31 Liderlər Sammitinə dəvət edib
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
21:53 27.10.2026
1707-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
21:45 27.10.2026
Səhiyyə Nazirliyinin sözçüsü Pərviz Abubəkirov vəzifəsindən gedir
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
21:30 27.10.2026
Finlandiya və Norveç vasitəçi olmaq istəmir
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
21:22 27.10.2026
Qrossi İranın nüvə obyektlərinin yoxlanılmasını tələb edib
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
21:14 27.10.2026
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
21:09 27.10.2026
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir?  - Hüquqi izah
21:03 27.10.2026
Ramiz Mehdiyevə verilən şərti həbs cəzası nə deməkdir? - Hüquqi izah
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
20:58 27.10.2026
Rusiya Britaniyanın hərbi sənaye müəssisələrinin bir sıra rəhbərlərinə sanksiya tətbiq edib
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
20:53 27.10.2026
Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
20:47 27.10.2026
Rumıniya XİN Braşovdakı təxribata görə Rusiya səfirinə etirazını bildirib
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
20:39 27.10.2026
Bakıda su satışı aparatlarından oğurluq edən üç nəfər həbs olunub
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
20:34 27.10.2026
Ramiz Mehdiyev ilə bağlı qərar verildi - Bütün əmlakları…
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
20:31 27.10.2026
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
20:29 27.10.2026
Kamran Əliyev Aleksandr Zuyevlə terrorçuluğa qarşı mübarizəni müzakirə edib
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
20:23 27.10.2026
Azərbaycan-Uqanda arasında hüquq-mühafizə sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib