Hafiz Hacıyev: 'Mən Kərimov Əliyə 1 milyon dollar vermişəm'

Hafiz Hacıyev:
Bütün Xəbərlər
11:18 28.08.2012
1695
“Elçibəyin zəhərlənməsini Fərəc Quliyev də bilir” “Mətbuatda məni yalan danışmaqda ittiham edirlər. Onlar bu iddiaları qaldırmaqla cinayət işini başqa səmtə yönəltməyə çalışırlar”. Bu sözləri AzNews.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O, bildirib ki, dedikləri çox vaxt təhrif olunur: “Mənim adımdan mətbuata yalan məlumatlar ötürürlər. Mən guya o zaman Qəmbərov İsaya və Kərimov Əliyə demişəm ki, dövlət çevrilişi edək. Elə söhbət olmayıb. Kərimov Əlinin Elçibəyi zəhərlənməsi faktı öz təsdiqini tapdığına görə, bunlar köhnə hadisələrdən uydurmalar edirlər”. Partiya sədri onu ittiham edənləri satqın adlandırıb: “Aslan İsmayılov kimilər vaxtilə Rusiyanın agenti olublar. Bu adamlar rüşvətxoru da, terrorçunu da müdafiə edirlər. Mənim əleyhimə danışan Flora Kərimova əxlaqsızın biridir, o, ərindən 40 ildir boşanıb. Mən Kərimov Əlinin ətrafındakıları çox yaxşı tanıyıram. Onlar həmişə mənim yanımda dilənçi vəziyyətində olublar. Hafiz Hacıyevin qaldırdığı iddia sübutunu tapır. Elçibəyin həkimi də onun zəhərlənməsi qənaətindədir. Bildiyiniz kimi, Elçibəy ölümündən az öncə müayinə olunub və onun sağlam olduğu bildirilib. Bəs, necə oldu, 20 gün müddətində həyatını itirdi. Deməli, bu müddət ərzində o, zəhərlənib. Elçibəy özü də mənə dedi ki, komsomol Əli məni zəhərləyib. Mən bu barədə Sülhəddin Əkbərlə həbsxanada olanda da söhbət etmişəm. Amma indi deyir, belə söhbət olmayıb. Sülhəddin Əkbər o adamdır ki, İsa Qəmbəri “yedi” sonra da dedi ki, sən agentsən. İndi Rəsul Quliyevin tərəfindədir. Rəsulun kirvəsi Sülhəddinə bir “CİP” də bağışlayıb. Bunlar simasız adamlardır.
OXŞAR XƏBƏRLƏR