Hafiz Hacıyev: ‘Oğlum 18 min 200 manatlıq ‘KIA’ sürür’ - FOTO

Hafiz Hacıyev: ‘Oğlum 18 min 200 manatlıq ‘KIA’ sürür’ -  FOTO
Bütün Xəbərlər
13:16 14.10.2013
6301

"Hər ay da 600 manat kreditə pul verir".

Bu barədə AZXEBER.COM-a açıqlamasında "Muasir Müsavat Partiyası"nın sədri Hafiz Hacıyev söyləyib. O, oğlunun 150 minlik maşını olması ilə bağlı yayılan xəbərlərin yalan olduğunu bildirib:

“Bu xəbər tamamilə yalandır. Mənim oğlum əsgərlikdən 3 aydırki qayıdıb. Özü də 18 min 200 manatlıq “Kia” sürür. Hər ay da 600 manat kreditə pul verir. Bu mənim seçki dövründə apardığım uğurlu təbliğat kompaniyasına kölgə salmaq istəyən adamların işidir”.

Qeyd edək ki, Müasir Musavat partiyasının sədri, prezidentliyə keçmiş namizəd Hafiz Hacıyevin oğlu Rauf Hacıyevə "Mercedes Benz SLS" hədiyyə edilməsi ilə bağlı xəbər yayılıb. Xəbərdə Hafiz Hacıyevin oğluna hədiyyə edilən maşının fotosu da yayımlanıb. 

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR