Bu gün Miasir musavat partiyasının mərkəzi qərargahında yeni ilin ilk toplantısı baş tutub.
Partiyanın mətbuat xidmətindən AZXEBER.COM-a verilən məlumata görə, bir həftəlik bayram tətildən qayıdan partiya funksionerləri İdarə heyətinin növbəti toplantısini keçirib.
Toplantıda ilk öncə son günlər olkədə və dunyada baş verən hadisələr müzakirə edililıb.
Daha sonra partiyadaxili məsələlər ətrafında müzakirələrə başlanılıb.Bununla bağlı ilk çıxışı MMP sədri Hafiz Hacıyev edib. Sonra digər partiya funksionerlərinin fikirləri dinlənilib.
Toplalantıda qurultaya hazırlıq və nümayəndələr seçilməsi üçün başa çatan zona müşavirələrindən sonra, şəhər və kənd təşkilatlarında keçirilən konfranslar və həmin konfranslarda partiya üzvlərindən gələn təklif və tələblər müzakirə olunub.
2013 –cü il prezident seçkilərinə ciddi hazirlaşan partiyanın rayon təskilatlari MMP-nin bu seçkilərdə namizədinin Hafiz Hacıyev olmasına qəti qərar verib.Ötən ildə keçirilən əksər toplantılarda seçkiyə qatılmaq haqda dəfələrlə müzakirələr aparan və bu ağır prosesin öhdəsindən gəlməyin yollarını axtaran partiya rəhbərliyi sıravi üzvlərin də fikirlərini,arzu və istəklərini qiymətləndirərək yekun qərar verməyin hələ tez olduğunu deyirdi..
Artıq seçki ilinə qədəm qoyan MMP rəhbərliyi qəti qərar qəbul etmək üçün partiyadaşlardan gələn təklifləri dəyərləndirərək yekun qərar qəbul edib.
Qərarın qısa məzmunu bundan ibarətdir:Muasir Musavat Partiyası Azərbaycanda keçiriləcək növbəti Prezident seçkisinə mütləq qatılsın,partiyaı üzvlərinin arzusuna uyğun olaraq MMP-nin bu dəfəki prezident seçkilərində namizədi yenə Hafiz Haciyev olsun .
Qeyd edək ki,artıq MMP sədri Hafiz Hacıyev prezident seckilərinə qatılmaq haqda gələn təkliflərə müsbət cavab verib.