Azərbaycanlı iş adamı Hafiz Məmmədovun "Lans"a sahibliyi və "Atletiko"ya sponsorluğundan sonra indi də İngiltərənin köklü klublarından biri olan "Şeffild Uensdey"in ("Sheffield Wednesday") səhmlərini alması hamıya məlumdur. "Şeffild Uensdey" futbol klubu çempionşipdə (İngiltərə 2-ci liqa) mübarizə aparır. İngiltərənin cənubunda, Yorkşir bölgəsindəki Şeffild şəhərini təmsil edir. Bu klub İngiltərənin ən qədim 4-cü klubu və dünyanın köklü klublarından biridir. 1929-cu ildə indiki adını aldıqdan sonra keçirilən ilk mövsümün qalibi oldu. İngiltərədə liqalar birləşdikdən sonra "Şeffild Uensdey" klubu da buraya qatıldı. O, hazırkı Premyer Liqanın da yaradıcılarından hesab olunur. 1992-ci ildə Premyer Liqa yarandı. Klubun əzəli rəqibi 100 ildən artıqdır mübarizə apardığı "Stil Siti" klubudur. Digər əsas rəqibləri isə "Barnsli", "Lids Yunayted", "Bredford Siti", "Haddersfild Taun", "Roterham Yunayted", "Çesterfild" və "Donkaster" klublarıdır. "Şeffild Uensdey" daha çox "Bayquşlar" ləqəbi ilə tanınır. Tarixində 4 liqa, 3 FA kuboku və 1 liqa çempionluğunu yaşayıb. 1935-1991-ci illər aralığında liqa kubokundan savayı heç bir nailiyyəti olmayıb. 1993-cü ildə İngiltərədə iki kubokun (FA kuboku və liqa kuboku) finalına vəsiqə qazanan "Şeffild Uensdey" klubu hər iki final oyununda "Arsenal"a 2-1 hesabı ilə boyun əyərək kuboka vida etmişdi. Klubun ev oyunları isə "Hilzbro" stadionunda keçirilir. 39 min 812 yerlik olan bu stadion 1899-cu ildə inşa edilib. Xatırladaq ki, “L'Equipe” jurnalının yazdığına görə, H.Məmmədov klubu 50 milyon avroya alıb. (milli.az)