Hakan Fidan: Diplomatlarımızın təhlükəsizliyi gücləndiriləcək

Hakan Fidan: Diplomatlarımızın təhlükəsizliyi gücləndiriləcək
SİYASƏT
13:44 19.09.2024
219
Türkiyə mümkün hakimiyyət dəyişikliyindən asılı olmayaraq öz vasitəçilik imkanlarını davam etdirmək istəyir.

Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan "Anadolu”nun efirində deyib.

O söyləyib ki, vasitəçilik Türkiyə diplomatiyasının ən güclü silahıdır: "Odur ki, bu istiqamətdə imkanlarımızı gücləndirməkdəyik".

H. Fidan həmçinin söyləyib ki, Türkiyə xarici siyasətində əsas dəyişikliklərdən biri də səfirlərin təhlükəsizliyinin gücləndirilməsidir: "Mümkün hücumların qarşısının alınmasını istəyirik".
OXŞAR XƏBƏRLƏR