Hakan Fidan İrandan atılan raketlərlə bağlı insidentləri şərh etdi
DÜNYA
23:04 14.03.2026
200
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, ölkəsi milli təhlükəsizlik məsələlərində heç bir kompromisə getməyəcək.
Bu fikirləri o, İrandan buraxılan və Türkiyə hava məkanında zərərsizləşdirilən raketlərlə bağlı insidentləri şərh edərkən səsləndirib.
Nazirin sözlərinə görə, Türkiyənin sülh və sabitliyə nail olmaq üçün göstərdiyi səylər milli təhlükəsizlik məsələlərində güzəştə getmək anlamına gəlmir. O qeyd edib ki, dünən Türkiyəyə yönəlmiş daha bir raket havada zərərsizləşdirilib.
Fidan əlavə edib ki, baş verən ciddi insidentlə bağlı Ankara İran tərəfi ilə birbaşa əlaqə saxlayır.