Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiyaya səfəri çərçivəsində Moskvada rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Görüşdən sonra tərəflər birgə mətbuat konfransı keçiriblər.
AZXEBER.COM xəbər verir ki, Hakan Fidan çıxışında Ukrayna müharibəsinin başa çatmasının vacibliyini vurğulayıb.
"Ukrayna müharibəsi sona çatmalıdır. Rusiya ilə Ukrayna danışıqlar masasına oturmalıdır”, – deyə Türkiyə XİN rəhbəri bildirib.
Fidan qeyd edib ki, Türkiyə bundan sonra da Ukrayna məsələsinin həlli istiqamətində hər cür dəstəyi göstərməyə davam edəcək və vasitəçilik roluna töhfə verməyə hazırdır.
Nazir bildirib ki, davam edən müharibə regionda qeyri-sabitliyi daha da artırır və bunun ən qısa zamanda sona çatması vacibdir.
Hakan Fidan həmçinin Türkiyə ilə Rusiya arasında münasibətlərin inkişaf etdiyini, iki ölkə arasında ticarət, enerji və nəqliyyat sahələrində mühüm layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.
Səfər çərçivəsində tərəflərin Qafqaz, Yaxın Şərq, Mərkəzi Asiya və Afrika daxil olmaqla bir sıra regional məsələləri də müzakirə etdiyi bildirilib.
Gülay











































