"Mən belə olduqlarını bilmirdim. Prezidentin yanındayam". Bu sözləri Türkiyə millisinin keçmiş futbolçusu Hakan Şükür Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı sosial şəbəkədə yazıb.
O, ailəsindən heç kimin FETÖ-yə bağlı olmadığını, habelə bu qruplaşmanın etdiklərindən məyus olduğunu qeyd edib, dövlət çevrilişi cəhdini lənətləyib, şəhidlərə rəhmət diləyib.
Qeyd edək ki, Hakan Şükürün Türkiyədəki daşınmaz əmlakının müsadirə edilməsi haqda sanksiya verilib.