Hakerlər təhlükəsizlik idarəsinin saytını dağıtdılar

Hakerlər təhlükəsizlik idarəsinin saytını dağıtdılar
Bütün Xəbərlər
18:13 11.02.2012
1901

Bir müddət əvvəl İsrailə müharibə elan etdiyini açıqlayan "Anonymous" adlı qrup bu dəfə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin internet saytını çökdürdüyünü açıqlayıb.

"Anonymous" "Twitter"də ABŞ xüsusi təyinatlılarının bir düşməni öldürdükdən sonra istifadə etdiyi "tango down", yəni "düşməni zərərsizləşdirmək" terminindən istifadə edərək "CIA Tango down" yazıb.

MKİ-nın internet saytına çıxış bir neçə saatlığa kəsilib.

MKİ xəbəri təkzib etməyib, xəbərlərin araşdırıldığını açıqlayıb.

"Anonymous" daha əvvəl ABŞ Federal Təhqiqatlar Bürosu və İngiltərə polisi arasında bir telekonfransın səs yazılarını ələ keçirmişdi.

OXŞAR XƏBƏRLƏR