Hakim stadionda futbolçunu döydü - VİDEO

İDMAN
11:48 14.08.2012
1934
Türkiyədə hakim stadionda futbolçuya qəfildən hücum edərək onu sillə-təpik döyməyə başlayıb.
Hadisə, Türkiyə “Spor Toto” 3-cü liqasının 3-cü qrupunda oynayan “Altınorduspor”la “Pazarspor” komandaları arasında keçirilən qarşılaşmada baş verib. Məlumata görə, qarşılaşmanın 55-ci dəqiqəsində “Pazarspor” cərimə zərbəsi vurarkən yan xətt hakimi “Altınorduspor”un oyunçusu Enginin söyüş söydüyünü deyərək həmin oyunçuya hücum edib. Qəfil zərbə ilə yerə yıxılan oyunçu ayağa qalxaraq əks hücuma keçib.Qeyd edək ki, baş vermiş qalmaqalı digər komandanın oyunçuları və texniki heyət ayırmağa çalışıb. Yan xətt hakimi hadisə yerindən uzaqlaşdırılsa da, onun qarşı tərəfə sataşmaları davam edib. bu dəfə isə “Altınorduspor” oyunçuları kütləvi şəkildə hakimə hücum edib. baş vermiş qalmaqalda hakimin paltarı cırılıb və oyun təxirə salınıb.

OXŞAR XƏBƏRLƏR