“Hakim yaxşı edib oyunçumuza qırmızı vərəqə verdi” - Qurban Qurbanov

“Hakim yaxşı edib oyunçumuza qırmızı vərəqə verdi” - Qurban Qurbanov
TOP4
00:09 02.04.2018
6370
"Açığı, bir az çətin olacağını gözləyirdim. Komandamıza görə narahat idim. Oyunçuların həm millidə, həm burada olmasından narahat idim. Maraqlı oyun alındı. Hakimin son fitinə kimi sürət var idi. Mübarizə, qırmızı vərəqə, sürətli oyun. Hər şey var idi. Heç kim uduzmaq istəmirdi. Düşünürəm ki, ədalətli nəticə oldu".

Bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə "Keşlə" ilə 1:1 hesablı heç-heçə etdikləri Topaz Premyer Liqasının XXI tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- "Keşlə”nin baş məşqçisi bildirdi ki, bu heç-heçə bizim üçün qələbəyə bərabərdir. Bu məntiqlə heç-heçəni sizin üçün məğlubiyyət kimi saysaq, nədə uduzdunuz?

- Bizim də öz baxışımız var. Yəqin məğlubiyyəti də göz önünə gətirib, bu sözləri deyib. Hər halda, səfərdə xal alıblar. Biz xallarımızın üstünə xal gətirdik. Oyunçulardan razı qaldım.

- Abbas Hüseynovun yox, Qara Qarayevin müdafiənin sağ cinahında oynaması məcburiyyətdən atılan addım idi?

- Abbas Hüseynov zədədən qayıdıb. Digər tərəfdən, fərqli oyun düşündük. Bir az dəyişik üsluba üstünlük verdik. Fikrimcə, alındı.
 
- Abbasın daha çox oynamaq gücü var idi. Bu oyunçuları əvvəl də milliyə göndərirdiniz. Sanki bu oyun göstərdi ki, yerlilərlə əcnəbilərin uyğunlaşmasında problem var idi…

- Razıyam. Amma rəqiblərin də səviyyəsi qalxıb. Bunu nəzərə alsaq, normaldır. Düzdür, ikinci hissə fərqli keçdi, daha çox topa sahib olduq. İlk dəqiqələrdə özüm də etirazımı bildirdim. Belə rəqiblərə qarşı təmkinli oynamaq lazımdır. Miçel hərdən danışmağa başlayır. İkinci hissə bir qədər fərqli oldu.

- Dediniz ki, hər şey var idi. Bir epizodda Əfran İsmayılov topa qəribə zərbə vurdu…

- Onun ilk fikri ötürmə vermək idi. Son anda gördü ki, Kamran qapını qoyub çıxıb. O anda zərbə vurmaq istədi, alınmadı.

- Mahir Mədətovun mərkəz hücumçusu kimi oyunundan nə dərəcədə razısınız?

- Onu hamı cinahda görüb. Xatırlayırsınızsa, bir il əvvəl hücumda oynayırdı, qollar da vururdu. "Keşlə”nin müdafiəçiləri yaxşı çıxış etdilər. Belə matçlarda ustalıq keyfiyyətləri yaxşı olmalıdır. 3 real qol vəziyyəti yarada bilməsi onu göstərir ki, irəliləyiş var. Onun hücumda oynaması mənim üçün lazımdır. Hətta öz gələcəyi üçün də.

- Qırmızı vərəqə verilən epizodda nə baş verdi?

- Referi Orxan Məmmədov Coşquna yaxşı edib qırmızı vərəqə verdi. Düzdür, elə ciddi bir şey yox idi. Amma mənim oyunçuma qırmızı verdiyi üçün baş hakimdən razı qaldım. Rəqibə verməsəydi belə, razı olardım. Biz hər şeyə reaksiya verməməliyik. Fasilədə oyunçulara bu barədə tapşırıq vermişdim. Qırmıızı vərəqədən sonra oyun dəyişdi. Buna görə, Coşquna cəza veriləcək.

- "Qarabağ”ın oyun sistemini milliyə aşılamağa çalışırsınız?

- Mənim düşüncəm var. Hər oyunda çalışmalıyıq ki, topa sahib olaq. Ola bilər ki, top 50 faiz komandada olsun, amma nəzarəti əldən verməməliyik. Rəqib daha güclü ola bilər. Amma topa sahib olanda onunla düzgün rəftar etməliyik. Qarşımıza topa 70 faiz sahib olmaq məqsədi qoymamışıq. Bu sistemi həmən millidə qura bilmərəm. Milli tam fərqli turnirlərdə iştirak edir. Ora fərqli klublardan oyunçular gəlir. Vacib olan, düşüncələrimi onlara çatdırmaqdır. Topa sahib olmaq daim tələb olunur. Millidə fərqli üslubda işləyirik. Fiziki göstəricilərimiz də yaxşı olmalıdır ki, rəqiblərlə düzgün mübarizə aparaq, daha möhkəm olaq. Hətta 2 ötürmə ilə də hücuma keçməyi bacarmalıyıq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Antonio Konte "Mançester Yunayted" və "Yuventus"un maraq dairəsindədir
00:56 06.10.2026
Antonio Konte "Mançester Yunayted" və "Yuventus"un maraq dairəsindədir
NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər
00:40 06.10.2026
NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər
Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
00:29 06.10.2026
Kənan Yıldız 2027-ci ilin yayında "Real"a keçə bilər
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
00:16 06.10.2026
Hər gün bunu etsəniz bel ağrısından xilas olarsınız
Çində mədəni su basıb, ölənlər var
00:03 06.10.2026
Çində mədəni su basıb, ölənlər var
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
23:53 05.10.2026
Fransanın “Şarl de Qoll” aviadaşıyıcısında yanğın baş verib
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
23:42 05.10.2026
Həccə gedəcək zəvvarlardan sağlamlıqla bağlı əlavə tələblər olacaq - VİDEO
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
23:32 05.10.2026
Türkiyə və Pakistan hərbçiləri Səudiyyə Ərəbistanına yerləşdiriləcək
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
23:22 05.10.2026
Nərimanov rayonunda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
23:12 05.10.2026
Türkiyədə təyyarədə bomba xəbərdarlığı edilib, sərnişinlər təxliyə olunub
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
23:05 05.10.2026
Abşeronda 3 gün əvvəl restoranda döyülən 32 yaşlı kişi bu gün ölüb
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
22:56 05.10.2026
Nauman Mahmud Məkkə Müdafiə İttifaqının Baş katibi seçilib
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
22:46 05.10.2026
Rəşad Nəbiyev: "İlham Əliyevin dünya çempionatının açılışında iştirakı cüdoya xüsusi önəmin göstəricisidir"
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
22:42 05.10.2026
Pezeşkian: Hazırkı şəraitdə ABŞ-la danışıqların mənası yoxdur
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
22:33 05.10.2026
Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Məkkə sazişinə sadiqdir
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO
22:27 05.10.2026
İki cərrah məsuliyyətə cəlb olunub - VİDEO