'Hakimiyyət nə AXCP-ni, nə də Əli Kərimlini nəinki ciddi, heç ümumiyyətlə rəqib kimi görmür'

Bütün Xəbərlər
16:44 22.08.2012
1338
Məlum olduğu kimi son bir neçə gündə Azərbaycan mətbuatının gündəmini mərhum prezident Əbülfəz Elçibəyin ölümü ilə bağlı Hafiz Hacıyevin müraciəti əsasında Respublika Prokurorluğunda açılan cinayət işi ilə bağlı xəbərlər tutur. Məsələ müxtəlif səviyyə və formalarda təhlil olunur. AXCP sədri Əli Kərimli dünən verdiyi açıqlamasında bunu hakimiyyətin 2013-cü il ssenarisi kimi qiymətləndirmişdi.Qeyd edək ki, Müasir Müsavat partiyasının sədri Hafiz Hacıyev Baş Prokurorluğa müraciət edərək Elçibəyin ölümündə Əli Kərimlinin günahkar olduğunu iddia edib və onun müraciəti əsasında Respublika Prokurorluğunda cinayət işi açılıb. “Qafqazinfo” məsələnin mühümlüyünü nəzərə alaraq Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlidən münasibət öyrənib. Əli Hüseynli “Qafqazinfo”ya açıqlamasında bunun müxtəlif partiyalar tərəfindən siyasiləşdirilməsinin yolverilməz olduğunu deyib: “Hətta mərhum prezident Əbülfəz Elçibəyin yaxınlarının da münasibəti həlledici deyil. Çünki Əbülfəz Elçibəylə bağlı məsələ eks-prezidentlərin statusları haqda qanunun təsiri dairəsindədir. Bu baxımdan Respublika Prokurorluğunun hər hansı müraciəti araşdırması təbiidir. Təəccüblü onda olardı ki, belə bir müraciətə baxılmasın”
OXŞAR XƏBƏRLƏR