Hakimiyyəti tərifləyən kişini polislər belə apardı - VİDEO
Bütün Xəbərlər
17:50 10.12.2012
2808
Xəbər verdiyimiz kimi, bu gün Fəvvarələr Meydanında İctimai Palata icazəsiz aksiya keçirməyə cəhd edib. AZXEBER.COM-un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, bir qrup müxalifət fəalı "İstefa", "Azadlıq" şüarları səsləndirərək meydana daxil olublar. Polis onların qarşısını kəsib və bir neçə insan saxlanılıb.Aksiyada maraqlı hadisə baş verib. Orta yaşlı Bakı sakini müxalifətçilərə etirazını bildirib və deyib ki, ölkədə hər şey gözəldir. Onun müxalifətçi qadınlarla mübahisəsi polisin də diqqətini cəlb edib və Bakı polisi həmin şəxsi da saxlayıb. O da digər aksiya iştirakçıları kimi naməlum istiqamətə aparılıb.