Almaniyanın Hamburq şəhərindəki "Miniatür möcüzələr ölkəsi" muzeyində naməlum şəxs gözyaşardıcı qaz tətbiq edib, nəticədə 40-dan çox insan xəsarət alıb.
Bu barədə "Bild” qəzeti polisə istinadən məlumat yayıb.
Qeyd olunub ki, təxminən min nəfər muzeydən təxliyə edilib.
"42 ziyarətçi və əməkdaş yüngül xəsarət alıb. Onlardan ikisi Hamburq xəstəxanalarına yerləşdirilib", - məlumatda bildirilib.
Zərərçəkənlər əsasən tənəffüs yollarında problemlərdən şikayətləniblər.
Nəşrin məlumatına görə, hüquq-mühafizə orqanlarının təqsirkarı tapmaq cəhdləri uğursuz olub. İstintaq davam edir, polis təhlükəsizlik kameralarının görüntülərini araşdırır.
//Report