“Hamı bilir ki, o villalar kimindir” - Eldar İbrahimov

“Hamı bilir ki, o villalar kimindir” - Eldar İbrahimov
Bütün Xəbərlər
15:55 25.05.2015
1839
Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında mayın torpaqların qanunsz istifadə edilməsinə və zəbt olunmasına görə Cinayət və İnzibati Xətalar məcəllələrinə nəzərdə tutulan dəyişikliklərlə əlaqədar qanun layihələrinin müzakirəsi aparılıb.
“Qafqazinfo” xəbər verir ki, komitə sədri Eldar İbrahimov çıxışında qeyd edib ki dövründə torpaqların zəbt olunmasına görə, ən azı 3 ilədək azadlıqdan məhrum etmə nəzərdə tutulurdu: “Sonralar bu məsələlər bir qədər yumşadıldı və bununla da qanunsuzluqlar, hərc-mərcliklər başlandı, cəzasızlıq mühiti yarandı, kim ürəyi nə istədi, onu da etdi. Ona görə də indi qanunvericilikdə belə bir sərtləşdirilmənin nəzərdə tutulması çox vacibdir. Məsələn, Cinayət Məcəlləsinin 314-2-ci maddəsinə təkilif olunan dəyişiklikdə qeyd olunur ki, vəzifəli şəxs tərəfindən dövlətin müstəsna mülkiyyətində olan və özgəninkiləşdirilməsi qanunla qadağan edilən torpaq sahələrinin bələdiyyə mülkiyyətinə və ya xüsusi mülkiyyətə verilməsi haqda qərar qəbul etmə 3 ildək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq”.
E. İbrahimov hesab edir ki, qanunsuzluğa yol vermiş vəzifəli şəxslər daha çox müddətinə azadlıqdan məhrum etmə ilə cəzalandırılmalıdırlar: “Axı, hamı bilir ki, vəzifəli şəxslərin icazəsi olmadan bu işlər görülə bilməz. Ona görə də onlarla bağlı qanunvericilikdə sərtləşdirilmənin tutulması çox vacib addımdır. Elə bir neçə gün öncə Binəqədi rayonunda baş vermiş dəhşətli yanğınla, faciə ilə bağlı çıxışında da dövlət başçısı bu məsələlərə, torpaqların zəbt olunmasına toxundu, çox yaxşı qeyd etdi ki, bu cür qanunsuzluğa yol vermiş adamlar, vəzifəli şəxslər cəzalandırılmalıdır. O, çıxışında hətta, "Dostluq" Parkı deyilən ərazidə qanunsuz şəkildə vilların tikilməsinə toxunaraq dedi ki, oradakı ərazini zəbt edən və qanunsuz villa tikənlərin kimliyi də bilinmir və bunlar aradan qaldırılmalıdır. Mən də cənab prezidentin dediklərinin tərəfdarıyam. Vəzifəli şəxsin icazəsi olmadan kim gedib torpaq zəbt edə, orada, ev, villa tikə bilər? Ancaq cənab prezidentin də dediyi kimi, kimdən soruşursan, deyir mənimki deyil, mənim xəbərim yoxdur...Axı, necə xəbərin yoxdur, necə xəbərin olmaya bilər? Axı, əslində hamı bilir ki, o villalar, o qanunsuz, hasarlanmış torpaqlar kimindir. Həmin villalar göydən gəlib yerə düşməyiblər ki? Həmin villaların kimlərə məxs olduğunu onların sahibləri də, elə o ətrafda yaşayan sadə insanlar da bilirlər. Amma onlar, qanunsuzluğa yol verənlər özlərini bilməməzliyə, görməməzliyə vururlar ki, bunların da qarşısı alınmalıdır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
19:53 08.08.2025
Mert viza ala bilmədiyi üçün Serenayla gedə bilmədi
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
19:51 08.08.2025
ADNSU-nun əlaçı tələbələri Balaxanıda “ADNSU-100” lövhəsinin açılışını ediblər - FOTOLAR
Məşhur aktrisaya AĞIR İTKİ
19:48 08.08.2025
Məşhur aktrisaya AĞIR İTKİ
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
19:46 08.08.2025
Hikmət Hacıyev: Prezident İlham Əliyev müharibədə qalib gəldi – indi o sülhü qazandı
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
19:25 08.08.2025
Yaşar süni intellektlə çəkilən klipini təqdim etdi - VİDEO
Almaniya İsrailə silah ixracını dayandırıb
19:10 08.08.2025
Almaniya İsrailə silah ixracını dayandırıb
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
18:58 08.08.2025
Ukrayna və Moldovanın Aİ üzvlüyü üçün danışıqlar prosesi eyni vaxtda başlayacaq
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
18:40 08.08.2025
Çin İsrailin Qəzza ilə bağlı planlarından ciddi narahatdır
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
18:29 08.08.2025
Fransa klubu çempionatın başlamasına bir gün qalmış Liqa 2-yə yüksəlib
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
18:06 08.08.2025
Həbsxanaya kartofun içərisində telefon keçirmək istədi
Putin bu ilin sonunda Hindistana səfər edəcək
17:52 08.08.2025
Putin bu ilin sonunda Hindistana səfər edəcək
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
17:38 08.08.2025
ADNSU-nun üç əməkdaşı “Qlobal İqlim Dəyişikliyi Çağırışı 2025” müsabiqəsində münsif seçildi
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
17:33 08.08.2025
Ağ Ev: Azərbaycan və Ermənistan sülh razılaşması imzalayacaq
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
17:20 08.08.2025
"Vaşinqton görüşü nəticəsində Cənubi Qafqaz üçün yeni siyasi səhifə açıla bilər" - ŞƏRH
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
17:07 08.08.2025
Yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq
17:05 08.08.2025
Azərbaycan XİN: Gürcüstandakı münaqişənin ərazi bütövlüyü prinsipləri əsasında həllinin tərəfdarıyıq