"Hamı Lamiyənin uşağının atasını tanıyacaq" – General

"Hamı Lamiyənin uşağının atasını tanıyacaq" – General
Bütün Xəbərlər
12:26 05.02.2015
2382
“Satqın, pula, nəyəsə satılan adamlar var”.
Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev AzVision.az-a eksklüziv müsahibəsində məhkum Lamiyə Quliyeva ətrafında gəzib-dolanan söz-söhbətlərə və bu məsələ ilə bağlı bir sıra ciddi məqamlara aydınlıq gətirib.
AZXEBER.COM xəbər verir ki, müsahibəsində barəsində yazılan tənqidlərlə bağlı fikir bildirən Mədət Quliyev vurğulayıb ki, “o yazılarla bağlı açıqlama verməyim müdafiə kimi qəbul edilə bilər”.
“Guya mən özümü, xidməti və ya kimisə müdafiə edirəm kimi qəbul edilə bilər. Bu mənim xasiyyətimə və həyat tərzimə ziddir. Heç vaxt müdafiədə olmuram. Mən öz xidməti işimi görürəm. Bu xəbərlər yazılmalıdır. Demokratik bir cəmiyyətdə yaşayırıq. Kimsə bu cəmiyyətdə öz fikirlərini bildirirsə, burada xətrə dəyəsi nə var ki?”, - deyə, o, bildirib.
General vurğulayıb ki, Lamiyə Quliyevanın hamilə olduğu məlum olduqda ona uşağını rahat dünyaya gətirməsi üçün hər bir köməklik göstərilib:
“Onun üçün bütün şəraiti yaratdıq. Bu adi bir haldır. Belə şeylər ola bilir”.
Uşağın atasının kimliyi barədə sualı cavablandıran Penitensiar xidmətin rəisi bildirib ki, onun kimliyi araşdırılacaq:
“O ki, qaldı həmiş şəxs bunu təkzib edərək, ayrı şeylər deyir (qeyd edək ki, dünən uşağın atası olduğu iddia edilən şəxs Lamiyə Quliyevanı tanıdığını, lakin onunla təmasda olmadığını bildirmişdi – red.) Onun uşağının atası da müəyyən olunacaq. Hamı onu tanıyacaq”.
Mədət Quliyev həmçinin uşağın atasını müəyyənləşdirilməyənə qədər bütün məsuliyyəti onun daşıdığını yazan jurnalistləri də tənqid edib:
“Heç belə bir şeyi yazmaq və düşünmək olar? Belə yazı yazmaq olar? Kim nə yazır? yazsın. Jurnalistlərin içində də xəyanətkar, satqın, pula, nəyəsə satılan adamlar var. Onlar müharibə şəraitində də satılırdılar. Onlar respublikanın xoş gününü istəməyən adamlardır”.
OXŞAR XƏBƏRLƏR