Müğənni Rəhim Rəhimli ilə Niyam Salami arasında qalmaqal daha da alovlanıb.
AZXEBER.COM xəbər verir ki, müğənni Niyam Salami "Hər şey daxil” verilişində həmkarına irad bildirib.
O deyib: "Məni 100 nəfər tanıya bilər. Amma Rəhim Rəhimlini 9 milyon əhali tanıyır. Hər kəs bilir ki, sən Rəhim Rəhimlisən, sənin xasiyətin kimdi, necə bir müğənnisən. Məndən qabaq reklam olunubsan. Həmişə dostluq haqqında sual verəndə deyirəm ki, ailədə söz-söhbət olduğu kimi, dostlar arasında da olur. Amma bu efirdə durub mənim haqqımda danışır.”
Qeyd edək ki, müğənni Rəhim həmkarı haqqında bunları deyib. "Bu insanla dost ola bilmədik. Aramızda baş verəni danışsam, gülərsiniz. Yeganə kişi sənətçisidir ki, onunla ömür boyu dost olmaq istəyərdim. Amma alınmadı Niyam, sən mənim xətrimə dəymisən, bu da sənin cəzan. Onu dinləmək və görmək istəmirəm. Mənim dostluğuma layiq deyilmiş".
Nazim Qasımzadə,
AZXEBER.COM
AZXEBER.COM