Pakistan polisi ailənin razılığı olmadan ərə getmiş hamilə bacılarını daş-qalaq etmiş iki qardaşı həbs edib.
AZXEBER.COM "ans"ə istinadən xəbər verir ki, 24 yaşlı Fərzanə Pərvin dörd aylıq hamilə olub. O, Lahorda məhkəmə binasının önündə ailə üzvləri tərəfindən daş-qalaq edilib.
Fərzanə Pərvinin atası da polisə təslim olub, amma daş-qalaqda iştirak edən digər qohumları azadlıqdadır. Əri Mohammed İqbal bildirib ki, polis qətlin qarşısını almaq üçün heç bir addım atmayıb.