Hamilə bacısını və iki uşağını öldürdü, məhkəmədə ‘yaxşı etdim’ dedi – FOTO

Hamilə bacısını və iki uşağını öldürdü, məhkəmədə ‘yaxşı etdim’ dedi – FOTO
DÜNYA
13:02 08.09.2016
3848

Hadisə Türkiyədə baş verib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalyada baş verən hadisədə bacısı evinə qonaq gedən 30 yaşlı Bayram Demirkıran hamilə bacısını və onun 2 azyaşlı uşağını öldürüb. Evdəkilərin yatdığını görən cinayətkar onların boğazını kəsib.

Məhkəmədə özünü ağıl xəstəsi kimi göstərməyə çalışan B.Dəmirkıran “onlar xarici kəşfiyyata qulluq edirdilər deyə öldürdüm” deyib. Dövlət ittihamçısının ömürlük həbs istəyindən sonra isə B.Dəmirkıran “yaxşı edib öldürdüm” deyərək dəhşətli cinayəti işlətdiyini bir daha etiraf edib.

30 yaşlı qatil məhkəmənin qərarı ilə ömürlük həbs edilib.

Qızılgül

OXŞAR XƏBƏRLƏR