Hamilə Günay Musayeva podiuma çıxacaq

Hamilə Günay Musayeva podiuma çıxacaq
ŞOU-BİZNES
21:38 08.12.2011
1933
Dekabrın 10-da İstanbulda “24-cü Best Model of the World” yarışması keçiriləcək. ANS PRESS-in məlumatına görə, Erkan Özermanın rəhbəri olduğu yarışmada 90 ölkənin manikenləri birincilik uğrunda mübarizə aparacaq. Münsiflər heyətinin tərkibində təmsil olunacaq nüfuzlu şəxslər arasında Türkiyədə yaşayan “23-cü Vitse-Best Model” olmuş azərbaycanlı model Gunay Musayevanın da adı var. Bu barədə ANS PRESS-ə Günayın İstanbulda yaşayan mətbuat katibi Ülvi Hadıyev məlumat verib: “Çox mötəbər bir yarışın olacağını söyləmək olar. Günay xanım da münsif kimi öz işinə daha məsuliyyətli yanaşır. Həm də dunya ikincisi kimi qazandığı tacı budəfəki qalibə özü təhvil verəcək”. Mübarizənin gərgin olacagını proqnozlaşdıran Günaya Erkan bəy final öncəsi xüsisi hədiyyə də hazırlayib. Belə ki, həmyerlimizin yarışma üçün çəkdirdiyi fotolar “Best Model of the World-2011” jurnalının üz qabığında dərc olunub. Bu kataloqda 90 ölkəni təmsil edəcək finalçılar haqqında məlumat verilir. Final dekabrın 10-da Bakı vaxtı ilə saat 23.00-da Türkiyənin “Fashion One” telekanalı ilə canlı yayımlanacaq. Günaydan olan yeniliklər bununla bitmir. Mətbuat katibi deyir ki, xanım Musayeva 14 dekabrda Türkiyənin tanınmış gənc modelyeri Tolqa Çamın “Dream Of The Dresses”‎ adını daşıyan dəfiləsində baş maniken kimi podiuma çıxacaq. “Mustafa Kemal Kültür Merkezi”nde baş tutacaq moda nümayişində Günayla yanaşı Türkiyənin lider modelləri Ece Gürsel, Tuba Karaca, Nihan Andaç, Merve Büyüksaraç, Ebru Ürün, Simge Tertemiz, Şehnaz Özkaya, Tuğçe Dural, Yelda Kara, Eda Sedalı, Alaz Köprüvalı və Sevcihan Tunca podiuma çıxacaq. Rəqibsiz modellərin qatılacağı moda nümayişində Günayın baş maniken seçilməsi təsadüfi deyil. Bu günlərdə Günay Tolqa Çamın yeni kolleksiyasının tanıtımı üçün xüsusi fotosessiya etdirib. Türkiyənin oxunaqlı moda jurnallarından biri üçün fotoqrafların kameraları qarşısına keçən həmyerlimiz hamilə olmasına baxmayaraq, 4 saata yaxın çəkiliş meydançasında pozalar verib. Modelyerin yeni kolleksiya təqdimatına gəlincə isə xeyriyyə məqsədi daşıyan tədbirdən əldə olunacaq vəsait Vanda baş vermiş zəlzələdən ziyan çəkmiş uşaqlar üçün xərclənəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb
20:21 24.05.2025
Arda Turan baş məşqçisi olduğu klubdan ayrılıb