Hamilə qadını işdən çıxaran şirkət 200 min manat cərimələndi

DÜNYA
13:05 18.02.2025
206
İşdən çıxarıldığı barədə hamilə qadını maraqlı emoji ilə xəbərdar edən şirkət 94 min funt sterlinq (təxminən 200 min manat) cərimələnib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Birmingem şəhərində yerləşən "Roman Property Group Limited"də investisiya məsləhətçisi kimi çalışan Paula Miluska hamiləliyi səbəbiylə evdən işləmək istəyib.

Lakin onu işəgötürən Əmmar Kəbir Miluskanı qeyri-müəyyən mesajla işdən çıxarıb.

Kəbir mesajında ​​şirkətin çətin bir dövrdən keçdiyini və ofisdə ola biləcək birinə ehtiyac olduğunu bildirib.

Mesajın sonunda gülmək emojisi də atıb.
 
Mesajı aldıqdan sonra Miluska işdən çıxarıldığını anlayıb.

Bunun üzərinə qadın şirkəti məhkəməyə verib.

Məhkəmə sənədlərinə görə, Miluska 2022-ci ilin martında "Roman Property Group Limited"də işə başlayıb və 2022-ci ilin oktyabrında hamilə olduğunu öyrənib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR