Hamilələrin nəzərinə! - SAĞLAMLIQ

Hamilələrin nəzərinə! - SAĞLAMLIQ
SAĞLAMLIQ
21:06 30.12.2011
8933
Hamiləlik zamanı həddindən çox qırmızı ət qəbul etmək doğulacaq oğlan uşaqlarında sonsuzluğa səbəb ola bilər. Türkiyəli mütəxəssis Mutar Berksoy bu barədə bildirib. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, çox ət körpənin spermasının keyfiyyətinə təsir edir, az miqdarda karbohidrat isə artıq çəki, şəkər xəstəliyi riskini artırır. Ana olmağa namizəd qadınların qidalanması körpələrin DNT-də önəmli dəyişikliklərə yol açır. Belə ki, çox həssas olan bu dövrdə ağır metal, kimyəvi toksinlərə məruz qalmaq uşaqlarda gələcəkdə yüksək təzyiq, şəkər, ürək-damar, əqli çatışmazlıq kimi problemlərə gətirib çıxara bilər. Bunun çün də qadınlara gələcək nəsillərin sağlam yetişməsi üçün qidalanma ilə bağlı daha çox dəstək verilməlidir.
OXŞAR XƏBƏRLƏR