Hande Erçil sevgisini etiraf etdi - FOTO

MAQAZİN
15:08 06.05.2021
417

Məşhur aktrisa Hande Erçel, "Sən çal qapımı” serialının çəkilişində tanış olub, eşq yaşamağa başladığı sevgilisi Kerem Bürsin ilə bağlı ilk dəfə etiraf edib.

AZXEBER.COM Türkiyə mətbuatına istinadən xəbər verir ki, serialın ilk bölümündən etibarən tez-tez sevgili olduqları haqqında xəbərlər yayılan cütlüyün eşq xəbərləri nəhayət ki, gerçək olub.

Serialın sezon finalına çıxmasıyla birlikdə Maldiv adalarına yollanan H.Erçel və K.Bürsin tətildən döndüklərində hava limanında görüntülənib.

Daha öncə eşq iddialarına cavab verməyən Erçel, "Xeyirli olsun” sözlərinə cavab olaraq "Təşəkkür edirəm, hər şey çox gözəldir" deyib.

H.Erçel sevgilisi Bürsinin Amerikaya getdiyi iddialarına isə "Yox buradadır, çəkilişlərimiz başladı deyərək, "Sən qapımı çal serialının çəkilişlərinin başladığını qeyd edib. Sevgilisinin adının tez-tez Serenay Sarıkayayla birgə çəkilməsindən narahat olan aktrisa yaraşıqlı aktyora xəbərdarlıq edib. K.Bürsin də heç düşünmədən instagram səhifəsindəki S.Sarıkayayla çəkdirdikləri şəkildəki etiketi silərək keçmiş eşqini unudub.

Nərmin Məmmədli

OXŞAR XƏBƏRLƏR