Hansı kolbasalar təhlükəlidir? - SİYAHI

Hansı kolbasalar təhlükəlidir? - SİYAHI
Bütün Xəbərlər
12:59 16.02.2011
2065

 

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan monitorinqlər zamanı istifadəyə yararsız kolbasalar aşkarlanıb. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, monitorinqlər zamanı Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsi, 3V ünvanında Anar Rzayevə məxsus istehsalat sahəsində istehsal olunan kolbasaların üzərində saxlama müddətinin göstərilmədiyi məlum olub.

Bununla əlaqədar, Dövlət Xidməti tərəfindən Anar Rzayevə məxsus istehsalat sahəsində ət məhsullarının istehsalı və satışının qanunauyğunluğu ilə bağlı araşdırmalara başlanılıb.

Aparılan araşdırmalar zamanı “Kurinaya”, “Russkaya”, “Servelat”, “Lyubitelskaya”, “Qovyajaya”, “Moloçnaya”, “Moskovskaya”, “Halal Prima”, “Halal”, “Oxotniçiy”, “Sinyuqa”, “Doktorskaya” kolbasalarının gigiyenik və uyğunluq sertifikatları olmadan istehsal edildiyi, habelə müəssisənin anbarında saxlama müddəti ötmüş 20 kq ədviyyatın olduğu müəyyən edilib.

Gigiyenik və uyğunluq sertifikatı olmadan istehsal edilən 755 kq kolbasa və 250 kq etiketlənməmiş kolbasa məhsulları, habelə saxlama müddəti ötmüş 20 kq ədviyyat Dövlət Xidmətinin əməkdaşlarının iştirakı ilə qanunvericiliyə müvafiq qaydada məhv edilib.

Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar, kolbasa istehsalı və satışının dayandırılması, müəssisə tərfindən istehsal edilərək ticarət şəbəkəsinə paylanmış kolbasaların geri yığılması barədə sahibkar Anar Rzayevə icrası məcburi göstəriş verilib.

Haqsız rəqabətə yol verdiyinə görə, Anar Rzayev barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

//Ans Press

OXŞAR XƏBƏRLƏR