Hansı millət varlandıqca xəstələnir?

MARAQLI
19:39 11.01.2011
2069

Hindistanda əhalinin maddi rifah səviyyəsi artmağa başlasa da, vətəndaşların sağlamlıqları zəifləyir. Belə davam edərsə, Hindistanda orta ömür uzunluğu azala bilər.

"The Lancet" jurnalı Hindistanda əhalinin maddi rifahı ilə onların sağlamlıqları arasındakı asılılığın müəyənlləşdirilməsinə yönəlmiş araşdırmanın nəticələrini açıqlayıb.
Bəlli olub ki, hindusların maddi rifah səviyyəsi artdıqca onlar varlandıqca yağlı yeməklərdən daha çox yeyir, sərxoş vəziyyətdə daha tez-tez avtomobil sürürlər: "Bütün bunlar iqtisadi inkişafın hindusların həyatına mənfi təsirləri arasındakı nüanslardır". 

Hindistanda sayları artan varlılar arasında ürək-damar, şəkərli diabet, xərçəng və s. xəstəliklər geniş yayılıb. 
Hindistanın xroniki xəstəlik epidemiyasının ilk mərhələsində olduğunu vurğulayan mütəxəssislər hazırda ölkədə hər 5 vətəndaşlan birinin xroniki xəstə olduğunu, 10 nəfərdən birinin də durumunun pis olduğunu vurğulayıblar. //milli.az

 

OXŞAR XƏBƏRLƏR