Hansı bitki öz gücünü ruhlardan alır? - 'Sağlam Nəsil'
SAĞLAMLIQ
10:10 05.09.2012
3545
Üzərliksən, havasan, Yetmiş dərdə davasan!Üzərliyim tüstülə,Bəd nəzəri kor eylə!Üzərlik – bu bitkini daha çox mistik baxımdan tanıyırıq. Bəd nəzərlərdən qorunmaq üçün evimizdə onu yandırıb, tüstüsünü içimizə çəkirik. Beləliklə də, pis nəzərləri geri qaytarmış sayırıq. Bunun nə qədər doğru olub-olmadığını söyləyə bilməsək də, amma üzərliyin tibbi baxımdan çox böyük faydasının olduğunu əminliklə deyə bilərik. Üzərliyin müalicəvi əhəmiyyəti əsasən əsəb-sinir sistemi xəstəlikləri ilə bağlıdı. Orta əsr alimləri üzərliklə kəskin əsəb xəstəliklərini, epilepsiyanı, iflici, zəif görməni müalicə ediblər. Üzərliyin yuxu gətirdiyi, aybaşını açdığı, sinəni yumşaltdığı, bağırsaqlardan qazı çıxardığı, qanı durulaşdırdığı barədə də bilgilər var.Üzərlikdən döş, mədə-bağırsaq, ürəkkeçmə və s. xəstəliklərin müalicəsində istifadə edilir. Üzərliyin qoxusu beynin damarlarını genişləndirib qan dövranını rahatlaşdırır. Tüstüsü diş ağrısına qarşı tövsiyə edilir. İbn Sina yazırdı ki, oynaq ağrıları və sinir iltihabı zamanı ağrıyan yеrlərə üzərlik toxumlarının həlimini sürtmək xеyirlidir. Üzərliklə bağlı ən maraqlı məlumat onun qəbiristanlıqda bitməsidir. Hələ müasir elm də bu bitkinin niyə məhz məzarların arasında bitməsini öyrənə bilməyib. Üzərliklə bağlı bu və digər lazımlı məlumatları, eləcə də, XXI əsrin ən “dəbli” xəstəliyi olan nevroz, artıq tüklərdən xilas olmaqda epilyasiyanın rolu haqqında bilgiləri cümə günü (7 sentyabr 2012-ci il) saat 17:00-da ANS kanalında “Sağlam Nəsil” verilişində eşidəcəksiniz. Doğrudanmı gündə bir alma yeyən həkimə möhtac olmaz? Biz yağlı yeməkləri çox sevirik. Bəs onların sağlamlığımıza olan təsirini bilirikmi? Övladınız yeni dərs ilində məktəbə getməyə tənbəllik edir? Əgər bu və digər suallara cavab tapmaq istəyirsinizsə, onda “Sağlam Nəsil”i izləməyi unutmayın! Xatırladaq ki, teleməkanın ən gənc tibb verilişi yeni aparıcısı, yeni mövzuları və yeni rubrikaları ilə görüşünüzə gələcək.Verilişin informasiya dəstəyi AZXEBER.COM xəbər portalıdır.