'Hansı mənəvi haqla bu təşkilatlar bundan sonra başqa ölkələrə irad tuta bilər?' - SƏRT SÖZLƏR

Bütün Xəbərlər
12:30 22.01.2013
1254

Dünən Brüsseldə Avropa mətbuat klubunda “İnsan Hüquqları Uğrunda” İctimai Birliyinin “Avropanın qürubu və ya Avropa dəyərlərinin böhranı” məruzəsinin təqdimatı baş tutub.

Məruzənin təqdimatından sonra Brüssel ictimaiyyətinin, ATƏT, Beynəlxalq Media İnstitutu kimi beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə keçirilən iclasda məruzədə haqqında danışılan problemlərin müzakirəsi olub.Təqdimatda “İnsan Hüquqları Uğrunda” İctimai Birliyinin sədri Eynulla Fətullayev, “Okkupay Frankfurt” hərəkatının lideri Tomas Pilts, Almaniyadakı türk cəmiyyətinin prezidenti, tanınmış ictimai-siyasi xadim Kenan Kolat, Beynəlxalq Media İnstitutunun Avrasiya proqramının direktoru Stiven Ellis və başqaları çıxış edib.Öz çıxışlarında məruzəçilər fundamental insan hüquqlarının pozulması, xüsusilə də milli azlıqlara münasibətdə bu sahədə olan problemlərə, sərbəst toplaşma və ifadə azadlığı hüquqlarının pozulması sahəsindəki vəziyyətə toxunublar.

Məruzəçilər Almaniya hökumətinin fəaliyyətini tənqid edərək, ölkə ictimaiyyətini rəsmi Berlinin razı olmayanlara qarşı münasibətdə göstərdiyi zor tətbiqi faktlarına biganə qalmamağa çağırıblar.Müxbirimizlə söhbətdə birliyin rəhbəri Eynulla Fətullayev “Amnesty İnternational”-ın onun rəhbərlik etdiyi təşkilat tərəfindən hazırlanan və Brüsseldə keçirilən məruzə təqdimatını mühakimə etməsinə öz münasibətini bildirib:

“Mən səmimi olaraq, “Amnesty İnternational” kimi nüfuzlu təşkilatın belə subyektiv bəyanatla çıxış etməsinə təəssüf edirəm.

Birincisi, bizim təşkilatın fəaliyyəti bir neçə beynəlxalq donor tərəfindən dəstəklənir. Və bu barədə bütün məlumatlar bizim veb-resursda yerləşdirilib. İkincisi, təşkilatın təmsilçisi Aleksandr Boş bizim araşdırma işi zamanı eskpert kimi iştirak edib və müsahibəsində Almaniya hökumətini insan hüquqlarının pozulmasına görə mühakimə edib. Aleksandr Boşun müsahibəsi bizim saytda yerləşdirilib.

Üçüncüsü, mən təşkilatın seçim əsasında yanaşmasını - kimi tənqid etmək, kimi isə yox, anlamıram. Mən bu bəyanatı qınayıram və hesab edirəm ki, bu bəyanatın nəticələri beynəlxalq hüquq müdafiəsi hərəkatına mənfi təsir göstərəcək. Belə çıxır ki, seçilmiş toxunulmaz dövlətlər kastası var və onları tənqid etmək olmaz. Və bu kimi bəyanatlar Avropa dəyərləri fəlsəfəsini sarsıdır.

Hansı mənəvi haqla bu təşkilatlar bundan sonra başqa ölkələrə irad tuta bilər?Onlar xırda bir tənqidə də dözmədilər”.

OXŞAR XƏBƏRLƏR