“Hansısa avara belə sözlər deyir” - Deputatdan açıqlama

“Hansısa avara belə sözlər deyir” - Deputatdan açıqlama
SOSİAL
12:40 27.10.2025
881

Milli Məclisin bəzi üzvlərinin intellektual səviyyəsi və müasir texnologiyalardan anlayışı ilə bağlı tənqidlər səngimir. 


Belə ki, Milli Məclisin deputatı Cavanşir Paşazadənin sosial şəbəkə fəaliyyəti yenidən müzakirə mövzusuna çevrilib. 

Onun "Facebook” səhifəsindəki son paylaşımda yazılıb: "Deputat Cavanşir Paşazadə seçiciləri ilə növbəti görüşünü keçirib.” 

Onun öz adından etdiyi paylaşımda sanki üçüncü şəxsin adından çıxış etməsi, paylaşımlarda bəsit qrammatik səhvlər, anlaşılmaz cümlələr tənqid edilib.

Bu isə deputatın sosial şəbəkələrdən istifadə bacarığı və ümumilikdə kommunikasiya anlayışı ilə bağlı suallar doğurur. 

AZXEBER.COM məsələ ilə bağlı deputat Cavanşir Paşazadənin özü ilə əlaqə saxlayıb.

O bildirib ki, bunu deyən şəxslər avaradır:

"Bunların hamısı boş-boş söhbətlərdir. Hansısa avara belə sözlər deyir. Mən onlara cavab vermirəm. Mənim yazdıqlarımı başa düşən düşür, başa düşməyən heç lazım deyil”.

Şahanə Ziyad

 


OXŞAR XƏBƏRLƏR