"Harasa gedəndə tək özümə yox, Səidəyə də lazım olan hər şeyi alıram"

"Harasa gedəndə tək özümə yox, Səidəyə də lazım olan hər şeyi alıram"
MAQAZİN
16:13 11.07.2017
1135
Müğənni Niyam Salami həmkarı Səidə Sultan və bir bitkinin ona uğur gətirdiyini deyib.
 
AZXEBER.COM xəbər verir ki, Xəzər TV-də yayımlanan "Nəsib olsa” verilişinə qonaq olan Niyama "Uğuruna inanıb, yanından ayırmadığın əşya var? "sualı verilib. O isə bu suala qeyri-adi cavab verib: "Bir Səidə Sultandır, bir bağ evimdəki bitkidir, onlara baxıb yanımdan ayırmıram. Elə bitkilər var ki, özün su içməmiş ona su verməlisən. Gedib-qayıdanda onu boynu bükük görmək istəmirəm. Bir də atamın istifadə etdiyi cam var. Atam onda su içib hərdən ondan istifadə edib deyirəm ki, 8 uşağı necə böyüdübsən, ay ata. Valideynin yükü ağır olur. Səidəyə gəldikdə isə harasa gedəndə özümə lazım olan əşyaları alanda ona lazım olan əşyaları da alıram. O həmin vaxt axtaranda deyirəm buyur. Səidə də həmişə deyir ki, səndən yoxdur. Dostum o zaman sevinir və mən də sevinirəm.”
 
Nazim Qasımzadə
 

OXŞAR XƏBƏRLƏR