Hardasan, ay Ziyalılar forumu? - KÖŞƏ

Hardasan, ay Ziyalılar forumu? - KÖŞƏ
KÖŞƏ
22:05 29.03.2012
1756
Elşən MusayevDemək ki, hər şey Rafiq Əliyevin başında çatlamalı imiş. Avantüristlərin məkrli planı da, ziyalılığın özü də, 5-10 nəfərin timsalında olduqca əndrabadi səslənən “FORUM”da.
Bütün detallarına qədər üzərində Eldar Namazov dəsti-xətti hiss edilən oyun “məharətlə” nəticəyə vara bildi. Sonuc olaraqsa bircə Rafiq müəllimin xəbəri olmadı ki, nə oldu, niyə oldu və necə oldu!Hətta iş o yerə çatdı ki, yaxın keçmişdə hansısa protokol tədbirində Heydər Əliyevin məzarı önündə baş əydi deyə Tapdıq Abbası mənsub olduğu partiyadan qəddarcasına uzaqlaşdıranlar da özlərində üz tapıb Rafiq müəllimin işdən çıxarılmasını qınayası oldular, bir vaxtlar müəllim sözünü az qala söyüş kimi qələmə verib hörmətli adamlara ”bəy”deməyi tərcih edənlər də…Rüstəm İbrahimbəyovun həmin dönəmdə söylədiyi bir şedevr isə hələ də beynimin ən uc nöqtələrində dolaşır: ”Mən 3-4 il öncə qərara gəldim ki, artıq susmaq olmaz, həqiqətlər olduğu kimi deyilməlidir”. Heyrət içində idim. Tam səmimiyyətlə deyirəm, bu unikal ifadə ”Qadınlarda analıq hissi kişilərə nisbətən daha güclü olur” kəlməsi istisna olmaqla, bütün həyatım boyu eşitdiyim ikinci ən avanqard nümunə idi. Hər nə qədər qeyri-ciddi səslənsə də, söyləməliyəm ki, bu əcaib məntiqin, qarşısında nəinki baş əymək, hətta dombalaq aşmaq belə rəva idi. Ki, dolayı da olsa güman ki, onu aşanlar tapıldı…Və qarşılıq olaraq hörmətli ssenariistlə bir adam da olsun ”Ay ziyalı müəllim, haqqında bəhs etdiyin 3-4 il bəlli də, amma o zaman söylə görək öncə yaşadığın 65 ili nə işlə məşğul idin?” polemikasına girmədi...Söhbət də beləcə öldü getdi. İsa Qəmbərin qurultay söhbəti kimi...***Rafiq Tağı qətlə yetirildi.Onunla hətta düşmən mövqedə olanlar da məsələyə münasibət bildirərək açıq hiddət ifadə etdilər. Hər kəs üzüldü. Daşdan da səs çıxdı, amma Ziyalılar forumunun qrımı belə tərpənmədi.Quba olayları yaşandı. Siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs danışdı. Bilən də, bilməyən də həmin gün siyasətçi oldu. Kimin də Rauf Həbibovla nə qəsdi-qərəzliyi vardısa vəziyyəti fövtə verməyib adamın üzərinə yaxşıca yükləndi.Yenə də də hər kəs danışdı. Bircə “ziyalı”larımız “devre dışı” idilər...Amerika, İran, İsrasil məsələsi, Evrovision, day canım sizə desin Qarabağda qondarma seçkilər. Nəyi sadalayım başqa? Hardasınız? Bütün bu söylədiklərim sizin kurasiyanıza daxil deyilmi?Xədicə ilə bağlı 3 cümləlik bəyənat , ya da 8 mart münasibətlə verdiyiniz kiçicik banket işinizin bitməsi anlamınamı gəldı?***Eldar Namazov “Modern.az” saytının foto-rubrikasına təqdim etdiyi şəkillərdə hələ də öz məzmunlu keçmişini unutmayaraq, nostalgiyaya qapılacaqdısa, o zaman çıxardığı bütün bu “oyun”ların məqsədi-məramı nə idi görəsən?-Maraqlıdır! Və ya bir insan 10 il bərabər çalışdığı komandanın həqiqətlərini, ədalət meyarlarını yalnız vəzifədən uzaqlaşınca “xatrılayırsa”, elə sadəcə bu faktın özü səmimiyyət anlayışının atab-atasını söydürməyə yetmirmi?Bəzi eks-millət vəkillərimizin anidən demokratiya damarının fışqırması üçün mütləq Parlamentdən kənarda qalmalarımı gərəkirdi?Niyə Rüstəm İbrahimbəyov bu hakimiyyətin resusrlarından eninə-boluna yararlananda kefi kök idi, birdən birə hansısa xahişi rədd edildi deyə, dönüb həqiqətləri incələyən ziyalı oldu?!Heydər Əliyevin, Ziya Bünyadovun, Bəxtiyar Vahabzadəniin kvartaldan-kvartala ziyalılıq etdiyini heç gördünüzmü?Xəlil Rza içinizdə olsaydı, hər hansı bir önəmli məsələyə münasibət bildirmək üçün Rüstəm İbrahimbəyovun Moskvadan gəlişini gözlərdimi?Cavabsız qalan çox sual var. Həm də lap çox! Elə bu səbəbdəndir ki, əsl ziyalıya ehtiyac duyan, həmin ziyalının söyləyəcəklərinə zaman-zaman “susuzlayan”cəmiyyət də, millət də ona təqdim olunanı deyil, öz istəidyini axtarır. Ziyalı libasında görə bilmədikləri isə hansısa həqiqətli hətta tam təfsilatı ilə söylədiyində belə, intuitiv olaraq şübhə hədəfinə çevrilir.Bəs biz?!Mənim təmsil olunduğum düşərgə məgər başdan ayaqa ziyalı rəngəmi boyanmış?Güman ki, bu anda hər kəsin beynində tutub, ünvanlamaq istədiyi tək sual budur.Xeyr! Həm də qətiyyətli bir xeyr!Nə təəssüf ki, mən də içimizdə....qalxdığı liftin düyməsini belə öz iradəsi ilə basa bilməyəcək birilərini tanıyıram..Xocalı faciəsinin ildönümündə, İstanbulun Taksim meydanında“Azərbaycan”qışqırmaq üçün Bakıya zəng edib icazə alan zavallıları tanıyıram...***Bir gün məndən Azərbaycan iqtidarı ilə müxalifəti arasındakı ən böyük fərqi soruşdular...Dedim, ən böyük fərqi blməsəm də, ən kobud müqayisəni bilirəm: ”Onlardan yaxşıyıq”P.S. İndi, ziyalılığımızda bax elə o fason bir şey...
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
16:42 18.10.2026
Zelenski: ABŞ Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:35 18.10.2026
Ukraynanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
16:21 18.10.2026
Laslo Tot və xanımı Afaq Tot Azərbaycanda səfərdə olublar - Fotolar
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
16:06 18.10.2026
Ərdoğan Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik etdi - FOTO
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
16:04 18.10.2026
Böyük Britaniyanın Azərbaycandakı səfiri Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik paylaşımı edib
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
15:57 18.10.2026
Fransada etirazlar zamanı Emmanuel Makron Selin Dionun konsertinə getdi
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
15:50 18.10.2026
Makron Fransadakı qarətlərdən sonra xalqa müraciət edəcək
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
15:45 18.10.2026
20 min manata yaxın aliment borcu olan ata həbs edildi
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
15:40 18.10.2026
Hava pisləşəcək - Yağış, dolu, şimşək, sel
Bu ölkədə güclü zəlzələ oldu
15:33 18.10.2026
Bu ölkədə güclü zəlzələ oldu
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
15:25 18.10.2026
Çay balığı sevənlər, süfrənizdəki təhlükədən xəbəriniz var?
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
15:17 18.10.2026
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
15:09 18.10.2026
Etirazçılar 143 illik bələdiyyə binasını yandırdı - Tarixi tikili uçdu
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
15:03 18.10.2026
Türkiyəli müğənni İlyas Yalçıntaş üçün 10 illik həbs tələb olunur
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
14:55 18.10.2026
Fransadakı iğtişaşlara görə - 1800 nəfər saxlanıldı
Almaniyada hava limanında qəza olub
14:48 18.10.2026
Almaniyada hava limanında qəza olub