“Harmoniya” sənədli filmi Romada təqdim olunacaq

“Harmoniya” sənədli filmi Romada təqdim olunacaq
MƏDƏNİYYƏT
10:45 28.09.2026
751
Bu gün İtaliyanın Roma şəhərində "Harmoniya” sənədli filminin təqdimat mərasimi keçiriləcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığı ilə ərsəyə gələn filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevadır.

"Harmoniya” fərqli dinlərə mənsub üç rəfiqənin gündəlik həyatı və qarşılıqlı münasibətləri nümunəsində Azərbaycanda mövcud olan tolerantlıq və multikulturalizm mühitini işıqlandırır. Qəhrəmanların ailə həyatı, dini ibadətləri və illərdir davam edən dostluq münasibətləri fonunda qarşılıqlı anlayış, etimad, hörmət və sülh mədəniyyəti tamaşaçıya çatdırılır. 

Filmin çəkilişləri Azərbaycanın ayrı-ayrı bölgələrində yerləşən dini ibadətgahlarda, eləcə də ölkəmizdə formalaşmış dinlərarası harmoniyanı və mədəni müxtəlifliyi özündə ehtiva edən məkanlarda aparılıb.

Təqdimat mərasimində Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın dövlət rəsmilərinin, diplomatik korpus və dini icmaların təmsilçilərinin, din xadimlərinin iştirakı gözlənilir. Həmçinin Azərbaycanın zəngin dini-mədəni irsini və multikultural dəyərlərini təcəssüm etdirən fotostend də nümayiş olunacaq.

Qeyd edək ki, tolerantlıq, qarşılıqlı hörmət, həmrəylik və dinc birgəyaşayışın əhəmiyyətindən bəh edən "Harmoniya” sənədli filmi beynəlxalq festivallarda və müxtəlif kino platformalarında da təqdim olunur.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var
21:24 12.11.2026
Türkiyədə helikopter qəzaya uğradı - ölənlər var
Azərbaycan cüdoçularının Qran-Pri turnirindəki ilk rəqibləri müəyyənləşib
21:19 12.11.2026
Azərbaycan cüdoçularının Qran-Pri turnirindəki ilk rəqibləri müəyyənləşib
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub
21:06 12.11.2026
Dublində İlham Əliyevin Nikol Paşinyanla görüşü olub
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
21:04 12.11.2026
COP31 çərçivəsində Sıfır Tullantı Muzeyinin açılışı olub
Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub
20:44 12.11.2026
Dünya Bankı ilə dövlət müəssisələrinin dividend siyasətinin təkmilləşdirilməsi müzakirə olunub
Azərbaycan və Qırğızıstan COP31 çərçivəsində ətraf mühit məsələlərini müzakirə edib
20:40 12.11.2026
Azərbaycan və Qırğızıstan COP31 çərçivəsində ətraf mühit məsələlərini müzakirə edib
Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər
20:31 12.11.2026
Avropa liderləri Bakı və İrəvan arasında sülh prosesinə dəstəklərini təsdiqləyiblər
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
20:16 12.11.2026
İlham Əliyev Avropa Siyasi Birliyinin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında - FOTO
İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
20:11 12.11.2026
İlham Əliyev Dublində Bolqarıstanın Baş naziri ilə görüşüb
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
20:06 12.11.2026
Prezidentin sosial media hesablarında "Avropa Siyasi Birliyi"nin Sammiti çərçivəsində dəyirmi masada iştirakına dair video paylaşılıb
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
20:00 12.11.2026
İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib
Makron: Avropa Rusiya ilə danışıqlar təşəbbüsünü yenidən öz üzərinə götürməlidir
19:59 12.11.2026
Makron: Avropa Rusiya ilə danışıqlar təşəbbüsünü yenidən öz üzərinə götürməlidir
"Ukraynada sülh və Avropanın təhlükəsizliyi üçün prinsipləri dəqiq müəyyən etmək lazımdır"
19:12 12.11.2026
"Ukraynada sülh və Avropanın təhlükəsizliyi üçün prinsipləri dəqiq müəyyən etmək lazımdır"
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
18:46 12.11.2026
Aİ Rusiyaya qarşı yeni sanksiyalar qəbul edəcək
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
18:32 12.11.2026
"Mançester Yunayted” baş məşqçi Maykl Kerriki istefaya göndərib
İrlandiya Baş naziri: Ukrayna ilə bağlı görüş keçiriləcək
18:20 12.11.2026
İrlandiya Baş naziri: Ukrayna ilə bağlı görüş keçiriləcək