Hasan Şaş "Qalatasaray"la yollarını ayırdı

Hasan Şaş "Qalatasaray"la yollarını ayırdı
18:47 11.05.2020
832
Türkiyənin "Qalatasaray" klubunun məşqçisi Hasan Şaş istefa verib. 

İstanbul təmsilçisində Fatih Terimin köməkçisi olan 44 yaşlı mütəxəssis sosial şəbəkədə öz istəyi ilə komandadan ayrıldığını yazıb. 

Qeyd edək ki, Hasan Şaş 2018-ci ildən "Qalatasaray"da işləyir. O, daha öncə 2011 - 2013-cü illərdə köməkçi məşqçi olub.

Sabiq yarımmüdafiəçi 1998 - 2009-cu ildə klubun formasını geyinib. Hasan Şaş 5 dəfə Türkiyə çempionluğu ilə yanaşı, UEFA Kuboku (hazırkı Avropa Liqası) və UEFA Super Kubokunun qalibidir. 
 
///Report
OXŞAR XƏBƏRLƏR