Hasil Abbasov iki şöbə müdirini işdən çıxardı - YENİ TƏYİNAT
SOSİAL
21:25 03.08.2026
138
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) iki şöbənin müdiri işdən çıxıb.
AZXEBER.COM"Unikal"a istinadən xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, Elnur Pənah oğlu Əmirov Mərkəzi mühasibatlıq və təyinat filialının Saxlanma xərclərinin ödənişi şöbəsinin müdiri vəzifəsindən azad olunub.
Digər əmrlə, Elnur Aydın oğlu Qasımov "Qarabağ Peşə Hazırlığı Mərkəzi" publik hüquqi şəxsin Sənədlərlə, müraciətlərlə iş və inzibati şöbəsinin müdiri vəzifəsindən azad edilib.
Sədrin digər əmri ilə Nərgiz İlqar qızı Kərimova Beynəlxalq əlaqələr və layihələr departamentinin müdir müavini təyin edilib.